Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
İnvestisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçiriləcək.Fevralın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Marja xəbər verir ki, iclası açan komitə sədri Azər Əmiraslanov gündəliyə 1 məsələnin - “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsinin daxil edildiyini bildirib. Azər Əmiraslanov layihənin komitənin təşəbbüsü ilə hazırlandığını deyib.
Komitə sədri gündəlikdəki qanun layihəsi barədə məlumat verərək diqqətə çatdırıb ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla - dövlət ehtiyacları üçün və rekvizisiya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu Qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.
Təklif olunan dəyişiklik investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.
Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər.
İclasda çıxış edən komitə üzvləri Aydın Hüseynov, Vüqar Bayramov, Ziyad Səmədzadə, Azər Badamov və Rövşən Muradov qanun layihəsinin əhəmiyyətindən danışıblar, qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitə üzvləri Tahir Mirkişili, Əli Məsimli, Zaur Şükürov, Məşhur Məmmədov, Müşfiq Cəfərov, Əlibala Məhərrəmzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 d. əvvəl
AniPay mobil tətbiqinin və anipay.az saytının fəaliyyəti dayandırılır
-
-
12 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib
- 16 d. əvvəl
-
23 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üçün reytinqini yaxşılaşdırıb
- 36 d. əvvəl
-
53 d. əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
- 58 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üçün reytinqini yaxşılaşdırıb
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb




























