1072 cərimə protokolu təqdim olunub - Agentlik kənd təsərrüfatı təyinatlı vasitələrin istifadəçilərinə müraciət etdi
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçilərinə müraciət edib.
Agentlikdən bildirilib ki, qanunvericiliyə əsasən, traktor və digər mexaniki nəqliyyat vasitələri və onların qoşquları dövri olaraq texniki baxışdan keçməlidir. Texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qanunla qadağandır. Bu səbəbdən kənd təsərrüfatı təyinatlı mexaniki nəqliyyat vasitələri və onların qoşqularının istifadəçiləri onlara məxsus nəqliyyat vasitələrini ildə bir dəfə dövlət texniki baxışa təqdim etməlidir.
AXA mütəxəssisləri tərəfindən respublika üzrə aparılan monitorinqlər onu göstərir ki, hələ də texniki baxışa cəlb etmədən nəqliyyat vasitələrinin istismarı halları mövcuddur. Bu da öz növbəsində hərəkət iştirakçılarının qanunun tələblərini pozmasına, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələnməsinə gətirib çıxarır. Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısının alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.
2025-ci il ərzində AXA tərəfindən 1072 cərimə protokolu təqdim olunub ki, onlardan 763-ü texniki baxışdan keçirmədən idarəetmə halları ilə bağlıdır.
Nəqliyyat vasitələrinə dövlət texniki baxışı nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, dövlət rüsumunun və utilizasiya haqqının ödənilməsi barədə sənəd və icbari sığortanın mövcudluğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra həyata keçirilir. Traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən özügedən mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün texniki baxışa görə dövlət rüsumu 15 manat və istehsal ilindən asılı olaraq utilizasiya haqqından ibarətdir. Texniki baxış respublikanın bütün rayon və şəhərlərində texnikaların duracaq yerləri üzrə faziləsiz və səyyar şəkildə həyata keçirilir.
Qeyd edilib ki, növbəti texniki baxışın keçiriləcəyi gün əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Növbəti texniki baxışın keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirməyən nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə daşıyırlar.
Xatırladaq ki, hərəkət iştirakçıları texniki baxışla əlaqədar olaraq onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 d. əvvəl
-
57 d. əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb




























