PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
5 fevral 2026-cı il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u keçirilib.
Sözügedən forum artıq ikinci ildir ki, Bakıda keçirilir və bu silsilə çərçivəsində dövlət rəsmilərini, özəl sektor nümayəndələrini, həmçinin 1000-ə yaxın hüquq peşəkarını bir araya gətirir. Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığın təşviqi, hüquq mütəxəssisləri üçün bilik mübadiləsinin təşkili, əsas qanunvericilik islahatlarını müzakirəsi və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holding-in Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.
Bundan əlavə, forum çərçivəsində hüquq sahəsinin aktual mövzularını əhatə edən çıxışlar və panel müzakirələri də təşkil olunub. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov çıxış edərək hüquq təhsilində islahatların vacibliyi və bu islahatların ölkənin hüquq sisteminin inkişafındakı rolu barədə fikirlərini bölüşüb.
Daha sonra “Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli” mövzusunda panel müzakirəsi keçirilib. ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadovun moderatorluğu ilə baş tutan müzakirədə panelistlər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan Respublikasının Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənli, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış ediblər. Panel zamanı hüquq təhsilinin müasirləşdirilməsi, nəzəri və praktiki biliklərin balansı, eləcə də peşəkar və etik dəyərlərə malik hüquqşünasların hazırlanması məsələləri müzakirə olunub.
Forumda həmçinin beynəlxalq ekspertlərin çıxışları da diqqət çəkib. Jamie Susskind, Harvard və Oxford universitetlərində tədqiqatçı, İngiltərə və Uels üzrə fəaliyyət göstərən barrister, süni intellekt və texnologiya hüququ mövzusunda New York Times bestseller kitablarının müəllifi, süni intellektin hüquq sahəsində artan roluna və onun hüquqi qərarverməni dəstəkləməli, lakin əvəz etməməli olduğuna diqqət çəkib.
Günün ikinci yarısında Kenan Yılmaz, Koç Holding-in Baş Hüquq və Komplayens müşaviri, 30 ildən çoxdur şirkətdə çalışan hüquqşünas kimi öz uğur hekayəsini və şirkətlərin hüquq və komplayens prinsipləri çərçivəsində necə idarə olunması lazım olduğunu vurğulayıb.
Sonda “Süni intellekt və hüquq: tənzimləmə, məsuliyyət və gələcəyin imkanları” mövzusunda panel müzakirəsi baş tutub. Deloitte & Touche”-in Hüquq və Komplayens üzrə baş meneceri Bahar Kavuzovanın moderatorluğu ilə keçirilən paneldə Jamie Susskind, KPMG Law-da hüquq və süni intellekt üzrə meneceri Martin Knost, Esin Attorney Partnership şirkətinin İdarəedici partnyoru Eren Kurşun və Almaniyanın Martin Lüter adına Halle–Wittenberg universitetinin professoru Azər Əliyev çıxış edərək süni intellektin hüquq sahəsində təsiri və hüquqi xidmətlərin gələcəyi mövzusunda fikir mübadiləsi aparıblar.
LEGIS Hüquq Forumu, hüquq sahəsində yeni perspektivlər açaraq, bilik və təcrübə mübadiləsini təşviq edərək gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaratdı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 d. əvvəl
-
57 d. əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
























