"Uçot dərəcəsindəki dəyişikliklərin kredit və depozit faizlərinə təsiri müşahidə olunub"
"Biz uçot dərəcəsindəki dəyişikliklərin kredit və depozit faizlərinə təsirini daim qiymətləndiririk. Yeni monetar siyasət çərçivəsinin tətbiqinin son mərhələsi 2024-cü ildən başlamışdır. Bu çərçivədə biz məcburi ehtiyat normalarının son versiyasını tətbiq etdik və nəticədə pul bazarı aktivliyi genişlənməyə başladı".
Marja.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri, "Pul siyasətimizin bank sektorunda depozit və kredit faizlərinə təsirini qiymətləndirərkən qeyd edə bilərəm ki, son altı ay ərzində yumşalma istiqamətində dəyişikliklər müşahidə olunub" deyərək əlavə edib:
•Fiziki şəxslərin manatla yeni cəlb olunmuş müddətli depozitləri üzrə orta faiz dərəcəsi 0,11 faiz bəndi azalaraq 9,15 faizə enmişdir;
•Hüquqi şəxslərin yeni manat depozitləri üzrə orta faiz 0,78 faiz bəndi azalaraq 5,87 faizə düşmüşdür;
•Fiziki şəxslərə manatla verilmiş yeni kreditlər üzrə orta faiz dərəcəsi 0,48 faiz bəndi azalaraq 20,99 faizə enmişdir;
•Hüquqi şəxslərə manatla verilmiş yeni kreditlər üzrə orta faizlər isə 0,91 faiz bəndi azalaraq 12,19 faizə düşmüşdür.
Bu göstəricilər faiz dərəcələrində enmə meyillərinin formalaşdığını göstərir. Bununla belə, uçot dərəcəsindəki dəyişikliklərin depozit və kredit faizlərinə tam ötürülməsi üçün zaman faktoru hələ də əhəmiyyətlidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























