Göygöl Şərab Zavodu İsveçrədə keçirilən “Snow Polo World Cup 2026”-da iştirak edib
® Azərbaycanın ən qədim şərabçılıq müəssisələrindən biri olan Göygöl Şərab Zavodu İsveçrənin Saint Moritz şəhərində 23–25 yanvar 2026-cı il tarixlərində keçirilən 41-ci “Snow Polo World Cup St. Moritz” beynəlxalq turnirində iştirak edir.
“Snow Polo World Cup St. Moritz” qış idmanları sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri hesab olunur və qar üzərində keçirilən yeganə “High Goal” polo turniri kimi tanınır. Artıq 41-ci dəfə təşkil olunan bu mötəbər yarış hər il yanvar ayının son həftəsində St. Moritz gölünün üzərində keçirilərək, İsveçrə Alplarının möhtəşəm mənzərəsi fonunda idman, ənənə və yüksək cəmiyyət mədəniyyətini bir araya gətirir.
Qeyd edək ki, Azərbaycan bu nüfuzlu beynəlxalq turnirdə “Team Azerbaijan – Land of Fire” komandası ilə təmsil olunub və ölkəmizin idman ənənələri beynəlxalq arenada uğurla təqdim edilib.
Dünya kuboku yarışlarının keçirildiyi müddət ərzində Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə yaradılan Azərbaycan Pavilyonu Azərbaycanın mədəniyyətini, milli ruhunu və zəngin ənənələrini beynəlxalq ictimaiyyətə təqdim edir.
Göygöl Şərab Zavodunun bu mötəbər beynəlxalq platformada iştirakı Azərbaycan şərabçılıq ənənələrinin, zəngin irsinin və premium məhsullarının dünya auditoriyasına təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Zavodun beynəlxalq tədbirlərdə ardıcıl iştirakı brendin qlobal mövqeyinin möhkəmləndirilməsinə və Azərbaycanın yüksək keyfiyyətli istehsal ölkəsi kimi tanıdılmasına xidmət edir.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























