Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
Qızılın qiyməti İran narahatlıqları səbəbindən təhlükəsiz liman tələbinin artması ilə yenidən 5000 dollar/unsiya səviyyəsini keçib.Qızılın unsiyasının qiyməti çərşənbə günü yenidən 5000 dollar səviyyəsini keçib. Buna ABŞ və İran arasında yenidən artan gərginlik əlamətlərinin külçə qızıla "təhlükəsiz liman" tələbatı artırması səbəb olub.
Marja.az xəbər verir ki, sarı metal çərşənbə axşamı son itkilərdən kəskin şəkildə bərpa olunduqdan sonra bahalaşmaqda davam edib. Ötən həftə qızılın qiymətinin 1000 dollardan çox düşməsindən sonra enişlər zamanı alışlar da davam edib.
Spot qızıl (qiyməti anlıq dəyişən qızıl) Bakı vaxtı ilə saat 08:00-da 2,4% bahalaşma ilə 5066 dollara ticarət olunub. Gecə saatlarında qızılın unsiyasının qiyməti 5073,65 dolları görüb.
Digər qiymətli metalların qiymətləri də çərşənbə günü yüksələrək əvvəlki sessiyadakı bərpanı davam etdirib.
Nüvə danışıqları ərəfəsində İran narahatlıqları yenidən artır
ABŞ və İran arasında artan gərginliklə bağlı narahatlıqlar "təhlükəsiz liman" tələbinin əsas hərəkətverici qüvvəsi olub. Xüsusilə gecə saatlarında yayılan məlumatlara görə, ABŞ Ərəb dənizində İran pilotsuz uçuş aparatını (PUA) vurub.
Bundan başqa, İranın silahlı katerlərinin Hörmüz boğazında ABŞ-la əlaqəli tankerə yaxınlaşdığı müşahidə olunub.
Bu iki hadisə Tehran və Vaşinqtonun bu cümə danışıqlar keçirəcəyi ilə bağlı açıqlamaları müəyyən qədər zəiflədib. Danışıqlar xəbəri bazarlara müəyyən rahatlıq gətirmiş və qızıl üçün "təhlükəsiz liman" tələbatını azaltmışdı.
Qızılda son ucuzlaşmalar əsasən ABŞ Prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) rəhbərliyinə namizəd göstərdiyi Kevin Warsh-un bazarların gözlədiyindən daha az yumşaq siyasət tərəfdarı olacağına dair gözləntilərlə bağlı idi. Bu isə dolların kəskin bahalaşmasına səbəb oldu və nəticədə metal bazarlarına təzyiq göstərdi. Qızıl həmçinin ötən həftə təxminən 5600 dollar/unsiya rekord səviyyəsinə yüksəldikdən sonra mənfəət realizasiyasına da açıq idi.
Lakin son itkilərə baxmayaraq, qızılın qiyməti 2026-cı ilin əvvəlindən bəri təxminən 15% artım göstərib.
Analitiklər bildirirlər ki, qızıl qiymətlərinin atmasının arxasında duran fundamental amillər – təhlükəsiz liman tələbi, fiziki alışlar, mərkəzi bankların alışları, geosiyasi gərginliklər – hələ də qüvvədə qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 35 d. əvvəl
- 44 d. əvvəl
-
-
1 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
2 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
























