AccessBank rəhbərliyi Gənclər Gününü Bakı Ali Neft Məktəbinin tələbələri ilə birlikdə qeyd etdi
(®) Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu gün münasibətilə AccessBank Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün interaktiv formatda master-klas təşkil edib.
Tədbirin əsas məqsədi gənclərin maliyyə savadlılığının artırılması, analitik və strateji düşüncə bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda onları real biznes mühiti və peşəkar bankçılıq təcrübəsi ilə yaxından tanış etmək olub. AccessBank üçün gənclərin potensialının üzə çıxarılması, onların gələcəyin liderləri kimi formalaşmasına töhfə vermək bankın əsas dəyərlərindən biridir.
Master-klasdan öncə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov AccessBank rəhbərliyi ilə görüşüb. Görüş zamanı BANM və AccessBank arasında əməkdaşlığın genişləndirilməsi, gələcək dövrdə tələbələrin təcrübə proqramlarında iştirakı məsələləri müzakirə edilib.
Master-klas zamanı AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankçılıq və investisiya sahəsində praktiki yanaşmalar, qərarvermə mexanizmləri və müasir maliyyə bazarlarında uğurun əsas amilləri barədə fikirlərini bölüşüb. O, gənclərin daim öyrənməyə açıq olmasının, dəyişən dünyaya çevik uyğunlaşmasının və uzunmüddətli düşüncə tərzinin vacibliyini xüsusi vurğulayıb.
Bankın Baş Biznes İnzibatçısı Renat Hümbətov AccessBank-ın biznes modeli, müştəriyönümlü yanaşması və şəxsi karyera yolu əsasında tələbələrə peşəkar inkişaf, liderlik bacarıqları və məqsədyönlü karyera planlaması ilə bağlı tövsiyələr verib. O, uğurlu karyeranın arxasında dayanan əsas amillərdən birinin dəyərlərə sadiqlik və davamlı özünüinkişaf olduğunu qeyd edib.
AccessBank-ın İnsan Resursları departamentinin şöbə rəhbəri İlhamə Rüstəmli isə bankda mövcud olan işə qəbul mərhələləri, gənclər üçün nəzərdə tutulmuş inkişaf və təlim proqramları, eləcə də daxili karyera imkanları haqqında ətraflı məlumat verib. O, AccessBank-ın gənc mütəxəssislərin formalaşmasına xüsusi önəm verdiyini və onların potensialını uzunmüddətli əməkdaşlıq çərçivəsində inkişaf etdirdiyini bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
38 d. əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
1 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
-
2 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
4 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
4 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
























