Qızıl, itkilərin bir hissəsini geri alaraq yenidən bahalaşıb
Qızıl, rekordların ardınca qəfil ucuzlaşmadan sonra yaşadığı itkilərin bir hissəsini geri alaraq bahalaşıb. Gümüş də dəyər qazanıb.
Marja xəbər verir ki, qızıl əvvəlki sessiyada 5% dəyər itirdikdən sonra 3,2% bahalaşaraq 4808,76 dollara yüksəlib (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat). Gümüşün qiyməti isə bazar ertəsi günü 7% ucuzlaşdıqdan sonra 8,1%-ə qədər dəyər qazanaraq unsiyası 85 dolları görüb.
Ötən həftə 5600 dollara yaxınlaşan qızılın qiyməti 4402,38 dollara qədər geriləmişdi.
Qiymətli metalların qiymətləri ötən ay, təcrübəli investorları belə təəccübləndirən sürətli bir yüksəlişlə rekord səviyyələrə qalxmışdı. İnvestorlar - geosiyasi çalxantılarla bağlı artan narahatlıqlar, valyutaların dəyərdən düşməsi və ABŞ Mərkəzi Bankının müstəqilliyinə dair təhdidlər səbəbilə qızıl və gümüşə yönəlmişdi. Çinli spekulyatorlardan gələn güclü alışlar "rallini" daha da gücləndirmiş, lakin ABŞ dollarının toparlanması (yenidən bahalaşması) ilə bu tendensiya cümə günü tərsinə dönmüşdü. Qızıldakı kəskin ucuzlaşmanın əsas səbəbi ABŞ Prezidenti Donald Trampın, Jerome Powell-in səlahiyyət müddəti may ayında başa çatdıqdan sonra, Kevin Warsh-ı FED-in yeni sədri vəzifəsinə namizəd göstərməsi olmuşdu. Warsh bu vəzifə üçün namizədlər arasında inflyasiyaya qarşı ən sərt mövqedə olan şəxs hesab olunur. Bu isə monetar siyasətdə kəskin yumşalmanın ehtimalını azaldır.
Çinli investorların qiymətin düşməsini alış fürsəti kimi görüb-görməyəcəyi bazarın istiqamətinin müəyyənləşməsində mühüm rol oynayacaq. Həftəsonu, Ay Yeni İli öncəsində qızıl zinət əşyaları və külçə almaq istəyən alıcılar Shenzhen-də ölkənin ən böyük qiymətli metallar bazarına axın edib. Çin bazarları tətillər səbəbilə 16 fevraldan etibarən bir həftədən artıq müddətə bağlı olacaq. Ölkənin iri dövlət bankaları isə oynaqlığı idarə etmək məqsədilə qızıl investisiyalarına dair nəzarətləri sərtləşdirir.
Bir sıra bankalar qızılın yenidən bahalaşacağını hözləyirlər. Deutsche Bank AG bazar ertəsi yayımladığı məlumatda, qızılın unsiyasının 6000 dollara yüksələcəyi ilə bağlı proqnozunu saxladığını bildirib. UBS də 2026-cı ilin ortalarında qızılın unsiyasının qiymətinin 6200 dollara yüksələcəyini gözləyir.
İnvestorlar, həmçinin ABŞ Prezidenti Donald Trampın yeni bir nüvə razılaşması ilə bağlı İran ilə danışıqların aparılacağını deməsindən sonra İran ətrafındakı hadisələri izləyir. Diplomatik irəliləyiş qızılın təhlükəsiz liman cəlbediciliyini azaldaraq qiymətlər üzərində təzyiq yarada bilər.
ABŞ prezidenti Donald Tramp İrana doğru gedən böyük gəmilərinin olduğunu bildirib və əlavə edib: "İranla razılığa gəlmək istəyirəm. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılığa gələ bilsək, bu, çox yaxşı olardı; əgər nail ola bilməsək, yəqin ki, pis şeylər baş verəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























