Almaniya bankı qızıl üzrə qiymət proqnozunu dəyişmədi - "6 MİN DOLLARA YÜKSƏLƏCƏK"
"Qızılın qiymətlərində son dövrdə müşahidə olunan ucuzlşama müvəqqətidir, qiymət 6 min dollara doğru yüksələcək"Almaniya bankı Deutsche Bank qızılın qiymətlində son günlər müşahidə olunan azalmanın davamlı bir tendensiya dəyişikliyinə işarə etmədiyini bildirərək, qızılın unsiyasının qiymtinin 6 min dollara doğru yüksələcəyini proqnozlaşdırmaqda davam edir.
Marja xəbər verir ki, Banka görə, son ucuzlaşmaya baxmayaraq qızıl üçün qiymət proqnozu 6 min dollar səviyyəsində saxlanılıb.
Qurumun analitikləri qeyd edib ki, mərkəzi bankların alışları da daxil olmaqla sarı metalın əsas hərəkətverici amilləri “müsbət olaraq qalmaqdadır və investorların qızıla (və ümumilikdə qiymətli metallara) yatırım etmə əsaslarının dəyişmədiyinə inanılır”.
Bildirilib ki, mövcud bazar şərtləri qiymətlərdə davamlı geriyə dönüş üçün əlverişli görünmür. Eyni zamanda Çinin qiymətli metallara yönələn investisiya axınlarının əsas hərəkətverici qüvvəsi olduğuna dair əlamətlərin mövcud olduğu vurğulanıb.
Dramatik çöküş
Cümə günü əmtəə bazarlarında indiyədək müşahidə olunan ən dramatik çöküşlərdən biri yaşanıb. QIzılın unsiyasının qiyməti 5600 dollara yaxınlaşdıqdan sonra 4600 dollaradək geriləyib. Qeyd edək ki, bu gün qlobal bazarlarda qızılın unsiyasının qiyməti 4403 dolları da görüb. Bakı vaxtı ilə saat 16:00-da qızılın unsiyasının qiyməti 3 faizə yaxın ucuzlaşma ilə 4766 dollara ticarət olunub. Ötən həftə qızılın unsiyasının qiyməti 5600 dollara yaxınlşamışdı.
Son bir neçə ildə mərkəzi bankların dolların alternativi kimi qızıl ehtiyatlarını artırması fonunda qızıl qiymətləri yüksəliş trendində idi.
Son dövrdə ABŞ aktivlərinin satışına meylin artması və Çinli spekulyatorların alış dalğası da qiymətli metallardakı yüksəlişi gücləndirmişdi. Cümə günkü çöküşün əsas səbəbkarı isə ABŞ Prezidenti Donald Trampın Kevin Varşı Federal Ehtiyat Sisteminin (Fed) rəhbəri vəzifəsinə təyin edəcəyi ilə bağlı xəbər olub. Bu xəbər dolların möhkəmlənməsinə səbəb olub, bir çox investor isə metal qiymətlərinin artıq həddindən artıq yüksəldiyini və həftələrlə davam edən fasiləsiz artımdan sonra korreksiyanın qaçılmaz olduğunu düşünürdü.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 18 d. əvvəl
-
-
36 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
46 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı

























