ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
ABŞ Prezidenti Donald Trampın həftəsonu İranın Vaşinqtonla “ciddi şəkildə danışdığını” bildirməsindən sonra bazar ertəsi günü neft qiymətləri 4%-dən çox geriləyib. Bu açıqlama, hərbi zərbə risklərinin qiymətləri bir neçə ayın ən yüksək səviyyələrinə qaldırmasından sonra OPEC üzvü olan İranla gərginliyin azalacağına işarə kimi qiymətləndirilib.
Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə saat 08:20-də 2,81 dollar və ya 4,5% ucuzlaşaraq bir barel üçün 66,16 dollara düşüb. ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam nefti isə 2,70 dollar və ya 4,1% azalaraq bir barel üçün 62,46 dollara enib.
Hər iki kontrakt əvvəlki sessiyalarla müqayisədə kəskin eniş göstərib. Həmin sessiyalarda artan ABŞ–İran gərginliyi fonunda Brent nefti son altı ayın ən yüksək səviyyəsinə çatmış (70 dolları keçmişdi), WTI isə sentyabrın sonundan bəri ən yüksək həddinə yaxınlaşmışdı.
Analitiklərin sözlərinə görə, Tramp, İran nüvə sazişinə razılaşmadığı və ya etirazçıların öldürülməsini davam etdirdiyi təqdirdə dəfələrlə müdaxilə ilə hədələyib və bu davamlı təhdidlər yanvar ayı ərzində neft qiymətlərini dəstəkləyib.
Son qiymət düməsi ABŞ dollarının yenidən möhkəmlənməsi ilə də güclənib. Adətən dolların bahalaşması dollarla qiymətlənən nefti ABŞ-dan kənar alıcılar üçün daha baha edir və bu da qiymətlərə əlavə təzyiq göstərir.
Şənbə günü Tramp jurnalistlərə İranın “ciddi şəkildə danışdığını” deyib. Bu açıqlama Tehranın ali təhlükəsizlik rəsmisi Əli Laricaninin danışıqlar üçün hazırlıqların getdiyini bildirməsindən bir neçə saat sonra səsləndirilib.
Irampın bu açıqlaması, eləcə də İran İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin Hörmüz boğazında real atəş təlimləri keçirməyi planlaşdırmadığına dair xəbərlər gərginliyin azaldığını göstərən əlamətlərdir.
OPEC+ bazar günü keçirilən iclasda mart ayı üçün neft hasilatını dəyişməz saxlamaq barədə razılığa gəlib. Qrup ötən ilin noyabrında mövsümi olaraq zəif tələbat səbəbindən 2026-cı ilin yanvar–mart dövrü üçün planlaşdırılan əlavə hasilat artımlarını da dondurmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
2 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA






















