Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
ABŞ Prezidenti Donald Trump ABŞ Mərkəzi Bankının (FED) yeni sədrinin adını bu gün açıqlayacağını bildirib.
Marja xəbər verir ki, aylardır maraqla gözlənilən qərarın, FED-in Ağ Evdən və siyasətindən nə qədər müstəqil qalacağı ilə bağlı müzakirələri yenidən alovlandıracağı gözlənilir.
“Hər kəsin tanıdığı, hörmət etdiyi biri”
Tramp dünən gecə jurnalistlərə açıqlamasında bildirib: “FED sədrinin adını sabah səhər açıqlayacağam. Maliyyə dünyasında hər kəsin tanıdığı, çox hörmət etdiyi biri olacaq.” Lakin o, namizədin kimliyi ilə bağlı açıq ipucu verməkdən çəkinib.
Dörd namizəd ön plana çıxır:
1. Keçmiş FED üzvü Kevin Warsh
2. Mövcud Fed üzvü Christopher Waller
3. BlackRock-ın rəhbəri Rick Rieder
4. Ağ Evin Milli İqtisadiyyat Şurasının Direktoru Kevin Hassett
Warsh ehtimalı güclənir
FED-in keçmiş rəhbərlərindən Kevin Warsh-un dünən ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə görüş keçirdiyi bildirilir.
Reuters-in mövzuya yaxın mənbəyə istinadən yaydığı xəbərə görə, görüş Trampın FED sədri üçün namizəd axtarışı çərçivəsində baş tutub.
Görüş haqqında məlumatı olan ikinci mənbə isə Warsh-un Trampda müsbət təəssürat yaratdığını bildirib. Trampın, vəzifə müddəti may ayında başa çatacaq mövcud FED sədri Jerome Powell-ın (Cerom Pauel) yerinə keçəcək şəxsi müəyyən etmək üçün namizədləri qiymətləndirdiyi bilinir.
Mənbələr, prosesin hələ də dəqiqləşmədiyini və Trampın yekun qərarını açıqlayana qədər heç bir seçimin qəti olmadığını vurğulayıb.
May ayında vəzifə müddəti başa çatacaq mövcud Fed sədri Jerome Powell son bir ildir ki, Trampın hədəfindədir. Tramp faiz endirimlərinin daha sürətlə aparılmasını istəyir, Powell isə Trampın tətbiq etdiyi tariflərdən sonra inflyasiyanın hələ də yüksək olduğunu qeyd edərək, daha ehtiyatlı bir siyasət aparılmasının vacibliyini vurğulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 d. əvvəl
-
- 6 d. əvvəl
-
12 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
18 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 20 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
1 saat əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
"Prior Leasing"in xalis mənfəəti artıb
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
İran qida məhsullarının ixracını qadağan edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























