“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
“İcbari Sığorta Bürosu”nun yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yüksək seysmik risk zonasında yerləşməsi bu amilin ölkənin sosial-iqtisadi təhlükəsizliyinə təsirinin nəzərə alınmasını zəruri edir. Ölkəmizdə yaşayış binalarının və sənaye obyektlərinin tikintisinin intensiv inkişafı fonunda isə ayrı-ayrı şəhərlər, yaşayış məntəqələri və tikinti obyektləri üzrə zəlzələ təhlükəsinin dərəcəsinin etibarlı və elmi əsaslarla qiymətləndirilməsinə xüsusi ehtiyac yaranır.
Bu qiymətləndirmə fövqəladə hallar və onların yarada biləcəyi mümkün sosial-iqtisadi zərərlərə qarşı ölkənin müdafiə sisteminin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Katastrofik risklərin effektiv idarə olunması məqsədilə beynəlxalq təcrübənin, o cümlədən bu sahədə qabaqcıl mövqeyə malik olan qardaş Türkiyə Respublikasının müvafiq təcrübəsinin öyrənilməsi də mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) tərəfindən təbii fəlakətlər, xüsusilə zəlzələ riskləri üzrə analitik modellərin hazırlanması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirilir.
İcbari Sığorta Bürosu ilə Türkiyənin “T-Rupt” Texnoloji A.Ş. şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq “CatMod Azərbaycan” adlı seysmik risk modeli hazırlanıb.
Layihə çərçivəsində görülmüş işlərin icra vəziyyətini müzakirə etmək məqsədilə Türkiyənin “T-Rupt” Texnoloji A.Ş. şirkətinin nümayəndələri ilə görüş keçirilib.Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndə heyətinin və sığorta sektorunun iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, hazırlanan modelin əsas məqsədi təbii fəlakətlərin daşınmaz əmlaka mümkün təsirini obyektiv şəkildə qiymətləndirmək, sığorta şirkətləri üçün risklərin daha dəqiq modelləşdirilməsini təmin etməkdir. Bununla yanaşı, model sığorta sektorunun fövqəladə hallara hazırlıq və cavabvermə imkanlarını gücləndirməyi hədəfləyir.
“CatMod Azərbaycan” layihəsi ölkədə daşınmaz əmlakın icbari sığortası sisteminin dayanıqlığının artırılmasına, risklərin elmi əsaslarla idarə olunmasına və sığorta bazarının uzunmüddətli və dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























