Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
Qlobal miqyasda aparıcı investisiya bankçılığı və maliyyə məsləhət xidmətləri şirkəti RBC bildirir ki, 2025-ci ildə qızılın qiymətində təxminən 65 faizlik artım 2026-cı ildə də təkrarlanarsa, qiymət ilin sonuna qədər 7 min 100 dollara qədər yüksələ bilər.Qızılın unsiyası 5 min 300 dollar səviyyəsini aşaraq yeni rekord həddə çatdığı bir vaxtda, qlobal miqyasda aparıcı investisiya bankçılığı və maliyyə məsləhət xidmətləri şirkəti olan "RBC Capital Markets"in son təhlilinə görə, qiymətli metalın qiymətindəki yüksəliş zəifləmə əlaməti göstərməyəcək.
Marja xəbər verir ki, RBC daha əvvəl yüksək ssenarisində qızılın 2026-cı ilin dördüncü rübündə 5 min 200 dollar səviyyəsinə çatacağını gözlədiyini, lakin qeyri-müəyyənliklərin sürətlənməsi və dolların geniş miqyasda zəifləməsinin bu prosesi (qiymətin reallaması vaxtını) önə çəkdiyini qeyd edib. Bankın fikrincə, yüksəlişin tempi gözləntiləri üstələyib.
2026-cı ilin yanvar ayında qızıl artıq 8 dəfə bütün zamanların ən yüksək səviyyəsini görüb; bu göstərici 2025-ci ilin bütün dövrü ərzində 51 idi.
Qızılın bahalaşmasının davam edəcəyi gözlənilir
Təhlildə ticarət gərginlikləri, siyasi və geosiyasi qeyri-sabitlik, eləcə də FED-in müstəqilliyi ilə bağlı narahatlıqların qızıl üçün güclü makro zəmin yaratdığı vurğulanıb. Mərkəzi banklar və investorlar tərəfindən tələbin azalmadığı, ETP aktivlərinin isə qiymətlərlə paralel şəkildə artdığı qeyd edilib.
Təhlildə qeyd edilib ki, keçmiş böyük "rallilər ilə" müqayisədə mövcud qiymət yüksəlişin müddətinin normal olduğu, tarixi orta göstəricilərə əsasən artımın sentyabr və ya dekabr ayına qədər davam edə biləcəyi vurğulanıb.
RBC qeyd edir ki, 2026-cı ildə qızıl, 2025-ci ildəki təxminən 65 faizlik artımı təkrarlayarsa, qiymət ilin sonunda 7 min 100 dollara qədər yüksələ bilər.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:20-də qızıl 2,2% bahalaşma ilə 5325,97 dollara ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
28 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
-
30 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
1 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur


























