Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Qızılın sürətlə bahalaşması və ı ilin ilk ayında qiymətin 5 000 dolları keçməsi bir çox bankı proqnozlarını yeniləməyə məcbur edib. "Société Générale" qızıl qiyməti üzrə proqnozunu ciddi şəkildə yüksəldən növbəti beynəlxalq bank olub. Fransa bankı bildirir ki, artıq bu il qızılın qiymətinin unsiya üzrə 6 000 dollara çatacağını gözləyir. Bu, bankın dekabr ayında açıqladığı 5 000 dollarlıq proqnozdan xeyli yuxarıdır.ABŞ-ın Venesuela və Qrenlandiyaya qarşı atdığı addımlar, iqtisadi qeyri-müəyyənliklər, geosiyasi risklər və davam edən müharibələr qiymətli metallarda yeni rekordlara səbəb olur.
Marja.az xəbər verir ki, Avropanın aparıcı maliyyə şirkətlərindən biri və investisiya bankı "Societe Generale", 1 unsiya qızıl üçün 2026-cı ilin sonuna dair qiymət proqnozunu 5000 dollardan 6 000 dollara yüksəltdiyini açıqlayıb.
Qrumun analitikləri əlavə ediblər ki, hazırkı qiymət hədəfi müəyyən şərtlərlə verilib: “Bu, ehtimal ki, mühafizəkar qiymətləndirmədir və qiymətlər daha da yüksələ bilər.”
Qurumun yayımladığı hesabatda geosiyasi risklərlə yanaşı, Çin və ABŞ arasında ticarət gərginliyinə, eləcə də Yaponiya yenindəki kəskin hərəkətlərə diqqət çəkilib. Bu amillərin qızılın qiymətinə əlavə dəstək verdiyi vurğulanıb.
Son hesabatda SocGen-in əmtəə analitikləri bildiriblər ki, investisiya tələbi 2026-cı ilə qədər qızıl qiymətlərinin yüksəlişini əsasən dəstəkləməyə davam edəcək.
28 yanvar tarixində 1 unsiya qızıl 5247 dollar səviyyəsini görərək rekord yeniləyib.
Analitiklərin sözlərinə görə, hedc fondlarının hazırda həddindən artıq böyük uzun mövqeləri olmasa da, onların nominal mövqeləri tarixdə qeydə alınmış ən yüksək səviyyəyə – 78 milyard dollara çatıb. Bu göstərici 2025-ci ilin sentyabrındakı əvvəlki rekorddan 2 milyard dollar yüksəkdir.
Qeyd olunur ki, investisiya tələbinin artması qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olur.
Hesabatda deyilir ki, son səkkiz həftə ərzində qızıl ETF-lərinə axınlar müsbət olub və bu müddətdə 93 ton daxilolma qeydə alınıb. Nəticədə ümumi həcm 3120 tona çatıb ki, bu da bir il əvvəllə müqayisədə 500 ton çoxdur. Bu, 2025-ci ilin aprelindən bəri ikinci ən uzunmüddətli müsbət axın dövrüdür. Analitiklər vurğulayırlar ki, son həftələrdə bu axınların qiymətlərə təsiri daha aydın hiss olunmağa başlayıb. 2010-cu ildən etibarən qızıl ETF-lərinə daxil olan hər 100 ton orta hesabla qiymətlərin 3,6% artmasına səbəb olduğu halda, 2025-ci ilin oktyabrından etibarən bu göstərici 9,2%-ə yüksəlib. Bu da oktyabrın əvvəlindən bəri qızıl qiymətlərində müşahidə edilən 29%-lik artımı qismən izah edir.
Bununla belə, bank qızıl bazarının mühüm seqmentlərindən birində – mərkəzi bankların tələbində müəyyən zəifləmə müşahidə olunduğunu da qeyd edir. Yüksək qiymətlər mərkəzi bankların alış fəallığına mənfi təsir göstərməyə başlayıb.
Böyük Britaniyanın "HM Revenue & Customs" qurumunun ticarət məlumatlarına əsasən, mərkəzi banklar hələ də xalis alıcı olaraq qalır, lakin alışların tempi zəifləyib. Analitiklərin bildirdiyinə görə, noyabr ayında Böyük Britaniyadan qızıl ixracı kəskin şəkildə azalıb. Ümumi ixrac cəmi 19 ton təşkil edib ki, bu da 2022-ci ildən bəri noyabr ayları üzrə orta göstərici olan 127 tondan, eləcə də 2015-ci ildən bəri orta göstərici olan 61 tondan xeyli aşağıdır. Çin əsas alıcı olaraq qalsa da, noyabrda Çinə ixrac cəmi 10 ton olub. Bu isə 2022-ci ildən bəri noyabr ayları üzrə orta 51 tonluq göstəricidən, həmçinin 2015-ci ildən bəri orta 12 tonluq səviyyədən aşağıdır.
SocGen əlavə edib ki, London Bullion Market Association (LBMA)-nın anbar məlumatları da mərkəzi bankların qızıl tələbində zəifləməni təsdiqləyir. Analitiklər bildirirlər ki, qızıl ixracı ilə anbarlardakı ehtiyat dəyişiklikləri arasında çox sıx əlaqə mövcuddur. LBMA-nın dekabr ayı üzrə məlumatları anbarlarda 199 tonluq artıma işarə edib. Tarixi müşahidələr göstərir ki, belə hallarda ixrac – yəni mərkəzi bank alışlarını əks etdirən göstərici – adətən çox aşağı olur, bəzən ay ərzində cəmi 4 ton səviyyəsinə enir. Mövsümi baxımdan isə 2022-ci ildən bəri orta göstəricilərə əsasən təxminən 100 ton ixrac gözlənilirdi. Analitiklər qeyd edirlər ki, LBMA anbarlarına ən çox qızıl daxil olan 10 ay üzrə məlumatlar da bunu təsdiqləyir: həmin dövrlərdə ixrac həcmi orta hesabla cəmi 12,2 ton təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 21 d. əvvəl
-
1 saat əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
1 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ






















