"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv olunur
"Karabakh Joint Operating Company B.V. şirkətinin Azərbaycan Respublikasındakı Filialı ləğv olunduğunu elan edib.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin qəzetində bildiriş dərc edilib.
Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, Marine Plaza mərtəbə 16 ünvanına bildirə bilərlər.
Filial 22 sentyabr 2020-ci il tarixində dövlət qeydiyyatından keçib. “Karabakh Joint Operating Company B.V”nin Azərbaycan filialının rəsmi nümayəndəsi Emin Babaxan Cəmaləddin oğludur.
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və Norveçin "Equinor" şirkəti 31 may 2018-ci ildə Bakıda "Qarabağ" yatağının işlənməsi üzrə Risk Service Contract (Risk-Xidmət Müqaviləsi) imzalayıblar. Layihənin icrası üçün SOCAR və "Equinor" bərabər paylarla (50%–50%) əməliyyat şirkəti ("Karabakh Joint Operating Company B.V") yaradıblar.
2023-cü ildə “Equinor” şirkəti Azərbaycan bazarını tərk etmək barədə qərar qəbul edib. 2023-cü ilin sonunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə Norvecin “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb. Bundan sonra bərabər payla yaradılmış şirkətin ləğv olunması günddəmə gəlib.
2020-ci ilin mart ayında SOCAR və "Equinor" qiymətləndirmə qazma işlərinin nəticələrinə əsasən "Qarabağ" yatağının kəşfini təsdiqləmişdilər. Yataqda geoloji neft ehtiyatları ilkin olaraq 60 milyon tondan çox qiymətləndirilir. Çıxarıla bilən ehtiyatlar isə 21 milyon tondan çox neft və 13 milyard kubmetr qaz həcmində dəyərləndirilir.
Yataqda ilk neft hasilatına 2022-ci ilin IV rübündə, ilk qaz hasilatına isə 2023-cü ildə başlanılması planlaşdırılırdı. Gözləntilərə görə, "Qarabağ" yatağında hasilatın pik səviyyəsinə 2026-cı ildə çatılacaqdı. Pik dövrdə yataqdan sutkada 5 min tondan çox neft və 4,5 milyon kubmetrədək qaz hasil edilməsi nəzərdə tutulurdu.
"Qarabağ" yatağı Bakıdan 120 km şərqdə yerləşir. Yataq ərazisində dənizin dərinliyi təxminən 180 metrdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
16 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























