Netflix-dən 45,2 milyard dollar gəlir - Gəlirləri 2025-ci ilin son rübündə 17,6 faiz artıb
Netflix-in gəliri 2025-ci ilin dördüncü rübündə 17,6 faiz artaraq 12,1 milyard dollara yüksəlib, xalis mənfəəti isə 29,4 faiz artaraq 2,4 milyard dollar olub.Qlobal yayım xidməti olan Netflix 2025-ci ilin dördüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, hesabata əsasən, həmin dövrdə Netflix-in gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 12,1 milyard dollar təşkil edib. 2024-cü ilin eyni dövründə bu göstərici 10,2 milyard dollar səviyyəsində idi.
Şirkət bu artımda abunəçi sayının çoxalmasının, reklam gəlirlərinin yüksəlməsinin və qiymət tənzimləmələrinin mühüm rol oynadığını bildirib.
Netflix 2026-cı ilin birinci rübü üçün gəlir proqnozunu təxminən 12,2 milyard dollar olaraq açıqlayıb.
2025-ci il üzrə ümumi illik gəlir isə 45,2 milyard dollar təşkil edib.
Şirkətin xalis mənfəəti ötən ilin son rübündə 29,4 faiz artaraq 2,4 milyard dollara yüksəlib. 2024-cü ilin eyni dövründə Netflix-in xalis mənfəəti 1,9 milyard dollar olmuşdu. Hər səhmə düşən mənfəət də eyni dövrdə 43 sentdən 56 sentə qalxıb.
Netflix-in abunəçilərinin sayı 325 milyonu keçib
Netflix-dən verilən açıqlamada dünya üzrə ödənişli abunəçilərin sayının 325 milyonu aşdığı bildirilib.
Açıqlamada qeyd olunub ki, bu il serial və film məzmununun müxtəlifliyinin və keyfiyyətinin artırılması, məhsul təcrübəsinin təkmilləşdirilməsi və reklam fəaliyyətlərinin daha da genişləndirilməsi hədəflənir.
Bundan əlavə, Warner Bros.-un satın alınması prosesinin tamamlanması istiqamətində işlərin davam etdiyi vurğulanıb. Şirkət sağlam böyümənin qorunmasının əsas məqsəd olduğunu bildirərək, 2026-cı ildə cəmi gəlirlərin 50,7–51,7 milyard dollar aralığında olacağını proqnozlaşdırdığını və reklam gəlirlərinin də təxminən iki dəfə artmasının gözlənildiyini açıqlayıb.
Netflix internetə qoşulan cihazlarda ödənişli seriallar, filmlər, animelər, sənədli filmlər və orijinal istehsallar təqdim edən abunə əsaslı bir striminq (yayım) xidmətidir. Yəni, nisbətən aşağı aylıq ödəniş qarşılığında istədiyiniz vaxt, istədiyiniz yerdə reklamsız məzmun izləməyə imkan verir və hər həftə platformaya yeni məzmunlar əlavə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 d. əvvəl
- 18 d. əvvəl
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
17 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
























