Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib

Dünyada milyarderlərin sayı ilk dəfə 3 000 həddini keçərək tarixi ən yüksək səviyyəyə çatıb. Onların cəmi sərvəti 2025-ci ildə 16 faiz artaraq 18,3 trilyon dollara yüksəlib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Milyarderlerin sərvəti rekord qırıb,  bərabərsizlik dərinləşib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yardım təşkilatı Oxfam-ın Dünya İqtisadi Forumunun açılışı ilə eyni vaxtda yayımladığı hesabatına görə, qlobal milyarderlerin ümumi sərvəti 2025-ci ildə 16 faiz artaraq 18,3 trilyon dollara çatıb. Marja.az xəbər verir ki, Oxfam sərvətin konsentrasiyasının iqtisadi olduğu qədər siyasi və demokratik risklər də yaratdığını xəbərdarlıq edib.

Marja.az xəbər verir ki, Oxfam, Davosda keçirilən Dünya İqtisadi Forumunun açılışı ilə birlikdə yayımladığı son hesabatında qlobal sərvət bərabərsizliyinin son illərin ən yüksək səviyyəsinə çatdığını bildirib. Hesabata görə, milyarderlerin sərvət artım sürəti əvvəlki dövrün üç qatına yüksəlib.

Reklam_3_11

Oxfam məlumatlarına görə, dünya üzrə milyarderlerin ümumi sərvəti 2025-ci ildə 16 faiz artaraq 18,3 trilyon dollara yüksəlib. Eyni ildə milyarder sayı ilk dəfə 3 000 həddini keçərək tarixi səviyyəyə çatıb.

Hesabatda Tesla və SpaceX-in CEO-su Elon Musk-ın xalis sərvətinin 500 milyard dolları aşan ilk şəxs olduğu qeyd edilib.

Bir illik artım 4,1 milyard insanın cəmi sərvətinə bərabərdir

Hesabata görə, milyarderlerin yalnız son bir ildə sərvətlərinə əlavə etdiyi 2,5 trilyon dollar, dünyadakı ən kasıb 4,1 milyard insanın ümumi sərvətinə bərabərdir. Bu artımın, dünya əhalisinin təxminən yarısının yoxsulluq şəraitində yaşadığı və hər dörd şəxsdən birinin normal qidalanmaya çıxışda çətinlik çəkdiyi bir dövrdə baş verdiyi vurğulanıb.

Oxfam sərvət konsentrasiyasının siyasi təsir gücünün dar bir təbəqədə toplanmasına gətirib çıxardığına diqqət çəkib. Hesabatda milyarderlerin siyasi vəzifəyə sahib olma və ya birbaşa siyasi qərar qəbul etmə proseslərinə təsir etmə ehtimalının adi vətəndaşlara nisbətən 4000 dəfə daha çox olduğu bildirilib.

Hesabatda həmçinin ultra zənginlərin media üzərində təsirinin də artdığı qeyd olunub. Jeff Bezos, Elon Musk, Patrick Soon-Shiong və Vincent Bolloré kimi milyarderlerin investisiyaları nəticəsində dünyanın böyük media şirkətlərinin yarısından çoxunun milyarderlerin nəzarətinə keçdiyi bildirilib.

Artımın arxasında vergi siyasətləri dayanır

Oxfam sərvət artımının əsas səbəblərini ABŞ-da Donald Trump dövründə tətbiq olunan vergi endirimləri, qlobal şirkətlərə verilən güzəştlər, monopoliyaya qarşı nəzarətlərin yumşaldılması və süni intellekt şirkətlərinin bazar dəyərlərinin sürətlə yüksəlməsi ilə əlaqələndirib.

Oxfam İcra Direktoru Amitabh Behar hesabata dair qiymətləndirməsində, zənginlərlə cəmiyyətin qalan hissəsi arasındakı fərqin demokratik sabitliyi təhdid etdiyini, mövcud vəziyyətin “təhlükəli və davam etdirilməsi mümkün olmayan siyasi boşluq” yaratdığını bildirib. Behar hökumətlərin vətəndaş azadlıqlarını məhdudlaşdırıb sosial yardımları azaltdığı halda, elit təbəqənin tələblərinə üstünlük verdiyini qeyd edib.

Oxfam-dan hökumətlərə çağırış

Hesabatda qlobal bərabərsizliyin azaldılması üçün hökumətlərə; həddindən çox sərvətin daha yüksək nisbətdə vergiyə cəlb edilməsi, bərabərsizliyi azaltmaq məqsədilə milli planların həyata keçirilməsi və siyasət ilə kapital arasındakı əlaqənin daha sərt qaydalarla məhdudlaşdırılması çağırışı edilib.

Oxfam hesabatın Davosda bir araya gələn qlobal liderlər üçün iqtisadi ədalətsizliyin çatdığı səviyyə barədə vacib bir xəbərdarlıq olduğunu vurğulayıb.

Oxfam hesabatı 2025 qlobal milyarder sərvəti 2025 milyarder sərvət artımı sərvət bərabərsizliyi dünya iqtisadi forumu Davos 2026 Oxfam Davos hesabatı milyarder sayı 3000 18 3 trilyon dollar sərvət sərvət konsentrasiyası iqtisadi bərabərsizlik demokratik risklər siyasi təsir gücü milyarderlerin siyasi təsiri media üzərində milyarder nəzarəti Jeff Bezos media investisiyaları Elon Musk media təsiri Patrick Soon-Shiong Vincent Bolloré vergi endirimləri monopoliyaya qarşı nəzarətlərin yumşaldılması süni intellekt şirkətləri vergi siyasətləri qlobal iqtisadi ədalətsizlik zənginlər və yoxsullar 4 1 milyard insanın sərvəti 2 5 trilyon dollar sərvət artımı ABŞ vergi endirimləri Donald Trump vergi siyasəti Oxfam çağırışı sərvət vergisi bərabərsizliyi azaltmaq üçün milli planlar kapital və siyasət əlaqəsi iqtisadi ədalətsizlik xəbər Marja.az qlobal liderlər üçün xəbərdarlıq.
19.01.2026 12:28

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18