“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Yeni ilin ilk tam iş həftəsi qlobal maliyyə bazarları üçün yüksək məlumat intensivliyi və artan həssaslıqla yadda qaldı. ABŞ-da açıqlanan əmək bazarı göstəriciləri, xüsusilə Qeyri-kənd təsərrüfatı Süktorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP), Avrozonada və Almaniyada dərc olunan inflyasiya (CPI) məlumatları ilə yanaşı davam edən geosiyasi risklər investor davranışını birbaşa formalaşdırdı. Bu amillər dünya birjalarında dalğalanmaları artırdı, ABŞ dolları və qızıl isə həftənin əsas fokus aktivləri oldu.
ABŞ əmək bazarı: NFP bazar gözləntilərini dəyişir
Həftənin ən mühüm hadisəsi ABŞ-da açıqlanan dekabr ayına dair NFP hesabatı oldu. Məlumatlar əmək bazarının hələ də nisbi gücünü qoruduğunu göstərsə də, əvvəlki aylarla müqayisədə artım tempinin zəiflədiyi müşahidə edildi. Orta saatlıq əməkhaqqında artımın yavaşıması inflyasiya təzyiqlərinin tədricən azalması ehtimalını gücləndirdi.
Bu nəticələr bazarlarda Federal Ehtiyatlar Sisteminin 2026-cı ilin ilk yarısında faiz endiriminə gedə biləcəyi gözləntilərini yenidən ön plana çıxardı. Nəticədə, ABŞ istiqraz gəlirləri dalğalı hərəkət etdi, səhmlər isə məlumatlara selektiv reaksiya verdi.
Avrozona və Almaniya: CPI göstəriciləri və inflyasiya narahatlıqları
Eyni dövrdə Avrozonada və Almaniyada açıqlanan İstehlak Qiymətləri İndeksi (CPI) göstəriciləri Avropa iqtisadiyyatında inflyasiyanın tam nəzarət altına alınmadığını göstərdi. Xüsusilə Almaniyada enerji və xidmət qiymətlərindəki davamlı təzyiq Avropa Mərkəzi Bankının (ECB) monetar siyasəti ilə bağlı qeyri-müəyyənliyi artırdı.
Bu vəziyyət Avropa fond bazarlarında ehtiyatlı ticarətə, avronun isə dollar qarşısında kəskin möhkəmlənə bilməməsinə səbəb oldu. Investorlar ECB-nin ABŞ-dan fərqli olaraq faiz endirimində daha da gecikə biləcəyini qiymətləndirməyə başladılar.
Geosiyasi hadisələr: risk algısı yüksək qalır
05–11 yanvar həftəsində geosiyasi gündəm də bazarlar üzərində təzyiqini saxladı. ABŞ–Çin münasibətlərində texnologiya və ticarət məsələləri üzrə gərgin ritorika, Yaxın Şərqdə davam edən qeyri-sabitlik və Şərqi Avropa ətrafında təhlükəsizlik riskləri qlobal risk algısını yüksəltdi. Bu fonda investorlar riskli aktivlərdə mövqelərini məhdudlaşdıraraq daha çox müdafiə xarakterli alətlərə yönəldilər.
ABŞ dolları: zəifliklə təhlükəsiz liman arasında
Həftə ərzində ABŞ dolları qarışıq dinamika nümayiş etdirdi. NFP hesabatında əmək bazarının tam zəifləmədiyini göstərən detallar dollar üçün qısamüddətli dəstək yaratdı. Lakin, inflyasiya təzyiqlərinin azalması və FED-in mümkün faiz endirimi gözləntiləri dollar üzərində struktur zəiflik formalaşdırdı.
Geosiyasi risklərin artdığı sessiyalarda dollar yenə də təhlükəsiz liman funksiyasını yerinə yetirsə də, ümumi mənzərədə dollar indeksi üçün davamlı yüksəliş trendi formalaşmadı.
İnvestAZ-ın yeni kampaniyaları.
Qızıl: inflyasiya və risklərdən qidalanan aktiv
Qızıl qiymətləri bu həftə investor davranışının ən aydın göstəricilərindən biri oldu. ABŞ-da əməkhaqqı artımının yavaşlaması və faiz endirimi gözləntiləri qızılı dəstəklədi. Eyni zamanda, Avropada inflyasiyanın hələ də yüksək qalması və geosiyasi risklər qızılın təhlükəsiz liman kimi cəlbediciliyini artırdı.
Həftə ərzində bəzi sessiyalarda mənfəət götürmələr müşahidə edilsə də, ümumi istiqamət qızılın orta müddətli perspektivdə güclü mövqeyini qoruduğunu göstərdi.
Cari həftə ərzində Amerikada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndeksi (PPİ) göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Həmçinin, Avrozonada və İngiltərədə dərc olunacaq Ümumdaxili Məhsulun Həcmi, Sənaye İstehsalının Həcmi, Ticarət Saldosu rəqəmləri, eləcə də, Amerikada yayımlanacaq Filadelsifiya FED-dən Biznes Aktivliyi İndeksi və İşsizlik Müavinəti üçün Müraciətlərin sayı kimi önəmli iqtisadi göstəricilər tendensiyaların formalaşmasına ciddi təsir edə bilər.
EUR
Ötən həftəyə 1.17200 həddində başlayan EURUSD məzənnəsi 1.17430 səviyyəsinə qədər bahalaşıb. Lakin, həftənin sonuna doğru qiymət geriləyib və həftəni 1.16350 səviyyəsində tamamlayıb.
Hazırda 1.16550 hədlərində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.17000 həddin altında qoruyub saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
GBP
Keçən həftyə 1.34450 həddində başlayıb, 1.35670 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsi ötən həftənin sonuna doğru geriləyərək həftəni 1.34060 səviyyəsində tamamladı. Hazırda, 1.34170 hədlərində ticarət olunan paritetin qiyməti 1.33900 həddinin altın düşsə və burada qalsa, eniş tendensiyası davam edə bilər.
XAUUSD
Qızıl bazarında müşahidə olunan kəskin bahalaşma qlobal maliyyə sistemində eyni anda bir neçə fundamental risk faktorunun üst-üstə düşməsinin nəticəsi oldu. ABŞ-da açıqlanan NFP hesabatında əməkhaqqı artımının zəifləməsi Federal Ehtiyat Sisteminin 2026-cı ildə faizləri endirə biləcəyi gözləntilərini gücləndirdi ki, bu da faiz gətirməyən aktiv olan qızıl üçün güclü dəstək yaratdı. Eyni zamanda Avrozonada və xüsusilə Almaniyada inflyasiyanın hələ də yüksək qalması inflyasiyadan qorunma aləti kimi qızıla marağı artırdı. Bu proseslər fonunda ABŞ dollarının zəifləməsi qızılı qlobal investorlar üçün daha əlçatan və cəlbedici etdi.
Digər tərəfdən, geosiyasi risklərin artması qızılın təhlükəsiz liman rolunu daha da gücləndirdi. ABŞ–Çin münasibətlərində davam edən gərginlik, Yaxın Şərqdə qeyri-sabitlik və əvvəlki həftələrdən miras qalan ABŞ–Venesuela böhranı investorları riskli aktivlərdən uzaqlaşdıraraq qızıla yönəltdi.
Bu dövrdə qızılın yüksəlişini sürətləndirən daha bir səssiz, lakin çox güclü amil mərkəzi bankların qızıl ehtiyatlarını artırmasıdır. Xüsusilə inkişaf etməkdə olan ölkələrin dollar asılılığını azaltmaq strategiyası qızıl bazarında uzunmüddətli struktur tələbi formalaşdırır.
Bu faktor qızılın 4600$ səviyyəsini yalnız “pik” yox, potensial yeni norma kimi qəbul edilməsinə səbəb olur.
Ötən həftəyə 4355$-dan başlayan qızıl bahalaşraq 4517$-a qədər yüksəldi. Ötən həftəni 4507$ həddində tamamlayan sarı metal yeni həftəyə kəskin artımla başladı. və 4600$ həddini test etdi.
Hazırda isə 4565$-dan təklif edilən qızılda “buğalar” qiyməti 4600$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















