50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
İsveçrənin qida və içki şirkəti Nestle, 50-dən çox ölkədə bəzi uşaq qidası məhsullarını “qida zəhərlənməsinə səbəb ola biləcək toksin (zəhərli maddələr) ehtiva edə biləcəyi” narahatlığı ilə geri çağırıb. Almaniyada İstehlakçıların Müdafiəsi Təşkilatı Foodwatch isə Nestle-ni “məsuliyyətsiz davranmaqda” ittiham edib. Qalmaqalla bağlı bir çox sualın cavabsız qaldığı qeyd olunan açıqlamada Nestle-dən “tam şəffaflıq” tələb edilib. Təşkilat bəyan edib ki, ciddi pozuntular zamanı sanksiyalar və cərimələr şirkətlərə maliyyə baxımından həqiqətən zərər verməlidir. İndiyədək qida şirkətləri çox vaxt cəzasız qalır və ya kiçik xəbərdarlıqlar və nisbətən aşağı cərimələrlə bu vəziyyətdən xilas olurlarKitKat və Nescafe məhsullarının istehsalçısı olan Nestle şirkəti, uşaq qidası məhsullarının müəyyən partiyaları ilə bağlı sağlamlıq xəbərdarlıqları yayımlayıb.
Marja.az xəbər verir ki, sözügedən məhsullarla əlaqəli hər hansı xəstəlik halı bildirilməsə də, qida şirkəti 50-dən çox ölkədə “tədbir məqsədilə” məhsulları geri çağırdığını açıqlayıb.
Nestle valideynləri “müəyyən partiyalara aid məhsullardan istifadəni dayandıraraq mağazalara qaytarmaları” barədə xəbərdar edib, Çin və Avstraliya kimi bəzi ölkələrdə isə çirklənmə ehtimalı olan uşaq qidaları ilə bağlı sağlamlıq xəbərdarlıqları yayımlanıb.
Məhsullar və ölkələr
Çirklənmiş məhsullar arasında tanınmış Beba markası ilə yanaşı, Alfamino kimi xüsusi məhsullar da yer alır.
Türkiyə, Böyük Britaniya, Avstriya və Almaniya da sözügedən məhsulların geri çağırıldığı ölkələr sırasındadır. ABŞ və ya Kanada üçün isə hələlik hər hansı geri çağırma aparılmaması diqqət çəkir.
İstehlakçı təşkilatı Nestle-ni tənqid edir
Almaniyada İstehlakçıların Müdafiəsi Təşkilatı Foodwatch, Nestle-ni “məsuliyyətsiz davranmaqda” ittiham edib.
Foodwatch-un açıqlamasında, Nestle-nin ən azı 2025-ci ilin dekabr ayının əvvəlindən uşaq qidası məhsullarındakı çirklənmədən xəbərdar olduğu iddia edilib.
Qalmaqalla bağlı bir çox sualın cavabsız qaldığı vurğulanan açıqlamada Nestle-dən “tam şəffaflıq” tələb olunub.
Açıqlamada çirklənmənin nə vaxt başladığı və hansı istehsal müəssisələrində baş verdiyi barədə sualların cavabsız qaldığı vurğulanaraq bildirilir. Fransa da daxil olmaqla digər Avropa ölkələri, eyni toksin olan sereulid çirklənməsi səbəbindən həftələr əvvəl Nestle uşaq qidalarını geri çağırmışdı.
Foodwatch, Nestle-nin niyə yalnız yanvar ayının əvvəlində Almaniyada ictimai geriçağırma prosesinə başladığını tamamilə anlaşılmaz hesab edir.
Dünya üzrə satılan bu məhsulların körpələrə verilməsinin təhlükəsiz olmadığı qeyd olunan xəbərdarlıqlarda, məhsullarda qəbul edildiyi zaman körpələrdə qusma və ishala səbəb ola bilən toksin (sereulid) ola biləcəyi bildirilib.
Foodwatch təxmin edir ki, təxminən 60 ölkə və Nestle-yə məxsus 10-dan çox zavoddan olan 800-dən artıq məhsul geri çağırmadan təsirlənib.
Təşkilat bəzi hallarda Nestle və aidiyyəti qurumların problemlər barədə məlumat verilməzdən əvvəl həftələrlə gözlədiyini iddia edib.
“Şəffaflıq və sanksiya şərtdir”
Foodwatch rəhbərlərindən Alina Nitsche mövzu ilə bağlı dəyərləndirməsində hər bir qida qalmaqalında istehlakçıların çox gec və qeyri-kafi şəkildə məlumatlandırıldığını bildirərək deyib:
“Cavabdeh şirkətlər demək olar ki, heç bir nəticə ilə üzləşmirlər. Şirkətlər və qida təhlükəsizliyi qurumları üçün açıq məlumat vermə öhdəliyi zəruridir. Ciddi pozuntular zamanı sanksiyalar və cərimələr şirkətlərə maliyyə baxımından həqiqətən zərər verməlidir. İndiyədək qida şirkətləri çox vaxt cəzasız qalır və ya kiçik xəbərdarlıqlar və nisbətən aşağı cərimələrlə bu vəziyyətdən xilas olurlar.”
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















