Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında yeni təyinatlar həyata keçirilib.
Marja.az xəbər verir ki, qərara əsasən, İbrahimova Umeyra Fərhad qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb və 2023-cü ilin mart ayından 07 yanvar 2026-cı il tarixinədək sözügedən vəzifəni icra edib.
U.İbrahimova 7 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr təhsilini fərqlənmə ilə başa vurub, 2010-cu ildə isə Macarıstanın Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetinin İqtisadiyyat fakültəsini magistr dərəcəsi ilə bitirib. Əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də Xəzinədarlıq departamentində kiçik mütəxəssis kimi başlayıb, 2013–2022-ci illərdə bankda müxtəlif vəzifələrdə, o cümlədən Qlobal bazarlar şöbəsinin müdiri kimi çalışıb. Eyni zamanda, 2012–2016-cı illərdə “PAŞA Kapital investisiya şirkəti” QSC-də broker və diler kimi fəaliyyət göstərib. 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Mərkəzi Bankında Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunub.
Həmin tarixli digər qərara əsasən, Ağahüseyn Kamal oğlu Xudaverdiyev Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. A. Xudaverdiyev 08 may 2023-cü il tarixindən hazırkı təyinata qədər MDM-in İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
A. Xudaverdiyev 21 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 19 oktyabr 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Qiymətli kağızların tədavülünün tənzimlənməsi departamentində aparıcı mütəxəssis kimi başlayıb; sonrakı illərdə həmin qurumda baş mütəxəssis, şöbə rəisi, sektor müdiri vəzifələrində çalışıb. 2010-cu ilin aprel ayından 2016-cı ilin mart ayınadək QKDK-da Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsini icra edib. Azərbaycan kapital bazarının tənzimləmə və qanunvericilik çərçivəsinin hazırlanmasında fəal iştirakına görə bir sıra mükafatlara layiq görülüb, 2016-cı ildə dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 sentyabr tarixli 3118 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, MDM-in korporativ idarəetməsinin daha da gücləndirilməsi, kapital bazarı infrastrukturunun inkişaf dinamikasının yüksəldilməsi və depozitar sistemin dayanıqlığının artırılması istiqamətlərində fəaliyyətin daha da genişləndirilməsi məqsədilə həyata keçirilən bu təyinatlar Mərkəzi Depozitarın idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
6 d. əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
2 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək


























