"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Arxada qalmaqda olan 2025-ci ili Azərbaycan quşçuluq təsərrüfatları yaddaqalan nəticələrlə başa vurur. İl ərzində quşçuluq sektorunda inkişafın dayanıqlılığı qorunub, ölkə bazarı keyfiyyətli yumurta və toyuq əti ilə fasiləsiz təmin edilib.
Marja xəbər verir ki, Azərbaycan Quş əti, Yumurta İstehsalı və İxracatçıları Assosiasiyası İdarə Heyətinin, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli 2025-ci ili quşçuluq sektoru üçün uğurlu il kimi dəyərləndirir:
“Bu il biz davamlı inkişafı təmin etdik. Azərbaycan bazarında nə toyuq əti, nə də yumurta ilə təchizatda kiçik belə problem yaranmadı. 2025-ci ilə baxdıqda, quşçuluq sahəsində 4 mühüm məqamı xüsusi qeyd etmək istərdim. Birincisi, quşçuluq təsərrüfatlarına cənab Prezident İlham Əliyevin bilavasitə iradəsi ilə reallaşdırılan dövlət dəstəyi davam edib. İkincisi, bu dəstəyi yüksək qiymətləndirməklə quşçuluq sahəsində çalışan sahibkarla ölkənin toyuq əti bə yumurta tələbatını təmin etmək üçün əllərindən gələni ediblər. Nəticələr, digər region ölkələrinə diqqət yetirsək, çox əladır. Belə ki, 2025-ci il ərzində yaxın qonşumuz olan Gürcüstanda, qardaş Türkiyədə həm toyuq əti, həm yumurtanın qiymətində kəskin artım baş verib. Hazırda Gürcüstanda süfrə yumurtası Azərbaycan manatı ilə götürsək 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Soyudulmuş və təzə toyuq ətinin qiymətində də fərq nisbəti təxminən eynidir.
İl ərzində nəinki istehsal azalmayıb, əksinə, ciddi artım olub. Bunun nəticəsində mart ayından etibarən ABŞ-a yumurta tədarükü həyata keçirilib. Məlum olduğu ki, ötən ildən ABŞ-da quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin bahalaşması müşahidə olunub. ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından olan Giləzi Quşçuluq, Yaşma Quşçuluq və Hacıqabul Quşçuluq ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə ediblər. Mart ayından etibarən ABŞ-a müntəzəm yumurta ixracına başlanıb. Bu, Azərbaycan quşçuluq təsərrüfatları üçün böyük uğurdur, çünki ABŞ kimi keyfiyyətə yüksək tələblər qoyan bir ölkəyə ixrac icazəsi almaq hər ölkə üçün mümkün olan iş deyil”.
M.Həsənli qeyd edib ki, yanvar-oktyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 90 milyondan çox süfrə yumurtası ixrac edilib. Bunun 33,5 milyon ədədi ABŞ-a, 54,5 milyon ədədi Birləşmiş Ərəb Əmirliklərinə reallaşdırılıb:
“İl ərzində həmçinin 16 milyon ədədə yaxın damazlıq yumurta ixracına nail olmuşuq ki, bu da indiyədək görünməyən səviyyədir. Bu il bizim üçün regionda və dünyada quş qripi hallarının kəskin artması fonunda ölkəmizdə hər hansı yoluxmanın qeydə alınmaması baxımından əlamətdar olub. Bu sahədə Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin rolu mühümdür, biz onlara yoluxma ehtimalı olan istiqamətlərlə bağlı məlumatlara operativ reaksiya verərək, zəruri addımları atdıqlarına görə təşəkkürümüzü bildiririk. Eyni zamanda Azərbaycan Quş əti, Yumurta İstehsalı və İxracatçıları Assosiasiyası olaraq quşçuluq təsərrüfatlarının üzləşdiyi çətinlikləri, sektorda inkişaf sürətinin artırılması üçün zəruri olan addımları müzakirə etmək üçün dəfələrlə əlaqədar dövlət qurumları ilə görüşlər, müzakirələr keçirmişik. Bu görüşlərin və müzakirələrin təşəbbüskarı məhz Assosiasiyamız olub. Müraciətlərimizə reaksiya verərək belə görüşləri təşkil edən Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinə, AQTA-ya təşəkkür edirik. İnanırıq ki, növbəti dövrdə də bu uğurlu əməkdaşlığımız davam edəcək”.
M.Həsənli hesab edir ki, qarşıdan gələn 2026-cı il də quşçuluq təsərrüfatları üçün əlamətdar olacaq: “Bu sahədə çalışan təsərrüfatların inkişafla bağlı çox mühüm layihələri var. Ümid edirəm ki, gələn il onları reallaşdırmaqla toyuq əti ilə daxili bazarı tam təmin edəcək, eyni zamanda ixraca başlaya biləcəyik”.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
5 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
7 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək





























