Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxunub
Kapital Bank-ın könüllü əməkdaşlarının yardımlaşma təşəbbüsü ilə yaradılan, qısa zamanda böyük layihələrlə gündəmə gələn, xalqımızın xeyriyyəçilik ənənələrini yaşadan, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan Qırmızı Ürəklər Fondu 5 yaşını qeyd etdi. Fond bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış “Ürəksən” adlı tədbirdə bir araya gətirərək 5 illik hesabatını ictimaiyyətə təqdim edib.
Fondun nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi və “The Ritz-Carlton Baku”nun ev sahibliyi ilə baş tutan tədbir maraqlı anlarla yadda qaldı. Gecəni çıxış sözü ilə açan Kapital Bank-ın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə fondun ən böyük gücünün birlik olduğunu vurğuladı. “Bankir olmaq, menecer olmaq, iş adamı olmaq sadəcə karyera məsələsidir. Amma başqasının qayğısına şərik olmaq, bu, xarakter məsələsidir. Biz “Red Hearts” olaraq sübut etmişik ki, komandamız sadəcə yaxşı işçilərdən deyil, həm də yaxşı insanlardan ibarətdir. Mən bizimlə birlikdə bu yolda addımlayan hər kəsə təşəkkür edirəm.”
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə çıxışında “Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanların müdafiəsi” istiqamətlərində Fondun cari ilə, o cümlədən ötən 5 ilə dair hesabatını təqdim etdi. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları, sosial tərəfdaşlıq layihələri kimi onlarla layihənin təqdimatı və statistik göstəricilər yer alıb.
Belə ki, 2025-ci il ərzində Fonda 10 900 ianəçi tərəfindən ümumilikdə 476 063 manat məbləğində ianə edilib. Toplanan vəsaitlər sayəsində 462 könüllünün iştirakı ilə 6247 benefisiara dəstək göstərilib.
Fondun 5 illik nəticələri isə hər kəs tərəfindən maraqla qarşılanıb. Yusif Poladov bu nəticələri təqdim edən zaman böyük həyəcan və qürur yaşadığını qeyd edib. “Cəmi 49 nəfər könüllü əməkdaşımızın çıxdığı yolun bizi bu yerlərə gətirə biləcəyini xəyal belə edə bilməzdik. Bu gün isə biz insanların xəyallarını gerçəkləşdirən bir quruma çevrilmişik. Təsəvvür edin ki, ötən 5 il ərzində bizim sıralarımıza 50 804 ianəçi qoşulub. İlk mərhələdə toplanan məbləğ cəmi bir neçə min manat idisə bu gün bu rəqəm 5 003 100 manatdır. İlk mərhələdə biz sadəcə ehtiyacı olan ailələrə yardım edirdiksə bu gün biz artıq 4 istiqamətdə çox böyük layihələrə imza atmışıq. Bir neçə rəqəmi qeyd etsəm deməliyəm ki, bu illər ərzində 9500 kq-dan çox tullantı təbiətdən təmizlənib, 3257 kq batareya toplanaraq təhvil verilib, 30 şəhər və rayonda şəhidlərimizin adına 7298 ağac əkilib. 66 şəhid və qazi ailəsi evlə təmin olunub. 74 tələbəyə ümumilikdə 155 060 manat təhsil təqaüdü verilib. Sosial qruplardan olan minlərlə ailəyə maddi yardım və bayram hədiyyələri təqdim edilib, 300 ailə fondun himayəsinə götürülüb. Bu prosesdə 400-dən çox könüllü, 30 dan çox tərəfdaş bizimlə birlikdə, eyni yolda addımlayıb. Bu göstəricilər sadəcə adi rəqəmlər deyil. Hər bir rəqəmin arxasında dəyər qatılan, toxunulan insan həyatı, insan hekayələri var. Burada bu hekayəni yazmağın qürurunu birlikdə yaşayırıq. Mən hər birinizi təbrik edirəm”.
Hesabatla bağlı ətraflı məlumat: https://shorturl.at/nRuxv
Daha sonra fondun xeyirxahlıq missiyasında onlarla birlikdə addımlayan tərəfdaşlara “The Golden Heart Award” (“Qızıl Ürək” mükafatı) təqdim edilib. Mükafatlandırılan tərəfdaşlar sırasında Kapital Bank, PASHA Holding, PashaPay, PMD Group, PASHA Real Estate, PASHA Investments, PASHA Technology, PASHA Life və The Ritz-Carlton Baku yer alıb. Mükafatlandırma mərasiminin ardından gecə bədii hissə ilə davam edib.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 12 saat sonra
- 9 saat sonra
- 5 saat əvvəl
-
-
8 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
8 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
9 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş




















