“Nar Home”-dan “Aylıq yox, günlük ödə!” təklifi
“Nar Home TV” xidməti öz abunəçiləri üçün unikal təklif irəli sürüb.
İndi xidmətdən faydalanan bütün abunəçilər “Nar Home TV” xidmətindən istifadə etdikləri günlərin sayına görə ödəniş edə bilər, bununla da aylıq xərclərinə qənaət edə bilərlər. Bunun üçün hər bir abunəçi istədiyi TV paketini seçməli, TV-yə neçə gün baxacağını təyin etməli və gün sayına görə ödəniş etməlidir.
1 oktyabr 2017-ci il tarixindən etibarən həyata keçiriləcək dəyişikliklərə əsasən, günlük ödəmə imkanından minimum 2 AZN ödəniş etməklə yararlanmaq mümkündür.
Yeni şərtlərə görə, minimum ödəniş edilən halda, TV paketindən asılı olaraq xidmətdən 4 günədək yararlanmaq olar. Yeni şərtlər tətbiq olunduqdan sonra günlük ödənişin dəyəri TV paketlərə uyğun olaraq hesablanır.
“Aylıq yox, günlük ödə!” təklifi müddətsiz olmaqla yanaşı, həm cari, həm də yeni abunəçilər üçün nəzərdə tutulub. Ətraflı məlumat əldə etmək üçün 179 qısa nömrəsinə zəng etmək və ya “Nar”-ın “Facebook” və “Instagram” səhifələrinə yazmaq kifayətdir.
B&BTV-nin texniki dəstəyi ilə təqdim edilən naqilsiz rəqəmsal “Nar Home” TV xidməti hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
12 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
16 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
20 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 27 d. əvvəl
-
30 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
33 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
34 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 38 d. əvvəl
- 44 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı



























