Azərbaycanın idxalı artıb, ixracı azalıb - MÜSBƏT SALDO 2,5 DƏFƏ KİÇİLİB
2025-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 44 milyard 589 milyon 480 min ABŞ dolları təşkil edib. Xarici ticarət əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən idxalın artması hesabına artıb. Azərbaycanın ixracı isə azalmaqda davam edib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin 11 ayı ərzində idxal əməliyyatları üzrə 21 milyard 188 milyon 269 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 23 milyard 401 milyon 211 min ABŞ dolları ticarət baş tutub, müsbət saldo 2 milyard 212 milyon 942 min ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 11 ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 43 milyard 109 milyon 552 min ABŞ dolları, o cümlədən idxal əməliyyatları 18 milyard 771 milyon 690 min ABŞ dolları, ixrac əməliyyatları 24 milyard 337 milyon 862 min ABŞ dolları olmuş, müsbət saldo 5 milyard 566 milyon 172 min ABŞ dolları təşkil etmişdi.
Beləliklə, Azərbaycanın xarici ticarət əməliyyatlarının müsbət saldosu 2025-ci ilin 11 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə və ya 3 milyard 353 milyon 230 min dollar azalıb. Buna səbəb idxalın artması (+2 milyard 416 milyon 579 min dollar), ixracın isə azalmasıdır (-936 milyon 651 min dollar).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 d. əvvəl
-
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
2 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı


























