Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
Azərbaycanın mikro, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsi sahəsində aparıcı kredit təşkilatlarından biri olan və 250 000-dən çox müştəriyə xidmət göstərən AccessBank, responsAbility Investment AG ilə əməkdaşlığını genişləndirərək, üç il müddətinə 10 milyon ABŞ dolları məbləğində kredit cəlb edib. Kredit responsAbility tərəfindən idarə olunan iki maliyyə inklüzivliyi fondu vasitəsilə maliyyələşdirilib.
Marja Banka istinadən xəbər verir ki, bu kreditləşmə AccessBank-ın cari il ərzində ümumi borclanma həcmini 22,5 milyon ABŞ dollarına çatdırır və əvvəlki maliyyə vəsaitlərinin uğurla təkrar kreditləşdirilməsindən sonra Bank ilə responsAbility arasında əməkdaşlığın daha da möhkəmləndiyini göstərir. Bu, həmçinin responsAbility-nin AccessBank-a davamlı etimadının bariz göstəricisidir.
Cəlb olunan vəsaitlər Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsinə, o cümlədən Bankın əsas prioritetlərindən biri olan mikrokreditlərin maliyyələşdirilməsinə sərf olunacaq.
responsAbility dünyada impact-investisiyalar sahəsində aktivlərin idarə edilməsi və inkişaf yönümlü investisiya şirkətləri arasında aparıcı qurumlardan biri kimi tanınır. Şirkət əsasən inkişaf edən və yüksələn bazarlara yönəlmiş biznes modellərinə malik özəl şirkətləri hədəfləyən xüsusi borc və kapital yerləşdirmələri təklif edən müxtəlif investisiya alətlərini idarə edir. 2003-cü ildə təsis olunduğu gündən responsAbility 17,1 milyard ABŞ dollarından artıq impact-investisiyalar həyata keçirib. 30 sentyabr 2025-ci il tarixinə olan məlumata görə, şirkət 5,4 milyard ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin altı ofisdə 280-dən çox əməkdaşı var və portfeli təxminən 70 ölkədə fəaliyyət göstərən 330-a yaxın şirkəti əhatə edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-i bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























