Agentlik: Yaşayış binalarında ən azı 3 provayderin xidmət göstərməsi zəruri hesab olunur
Əgər hər hansı binada artıq 3 provayder fəaliyyət göstərirsə, həmin ünvanda minimal rəqabət mühitinin mövcud olduğu qənaətinə gəlinir.Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) çoxmənzilli yaşayış komplekslərində (MTK) internet xidmətlərinin göstərilməsi və rəqabət mühitinin gücləndirilməsi mövzusunda telekommunikasiya operatoru və provayderləri ilə növbəti görüş keçirilib.
Marja xəbər verir ki, Agentliyin əməkdaşları çoxmənzilli binalarda abonentlərin seçim imkanlarının artırılması, ədalətli rəqabətə şərait yaradılması və vətəndaş müraciətlərinin operativ həlli istiqamətində gördüyü işlər barədə məlumat veriblər.
Qeyd olunub ki, telekommunikasiya operatoru və provayderləri tərəfindən yaşayış komplekslərində telekommunikasiya xidmətlərinin təqdim edilməsinə dair icazələrin verilməsi ilə bağlı İKTA-ya mütəmadi olaraq müraciətlər daxil olur. Daxil olan müraciətlər əsasında Agentlik tərəfindən müvafiq mənzil-tikinti kooperativlərinə, cəmiyyətlərə və digər idarəedici təşkilatlara telekommunikasiya fəaliyyətinin həyata keçirilməsinə şərait yaradılması barədə rəsmi müraciətlər ünvanlanır.
Görüşdə xüsusilə vurğulanıb ki, çoxmənzilli binalarda ən azı 3 fərqli provayderin xidmət göstərməsi abonentlərin seçim hüququnun təmin edilməsi və rəqabətin formalaşması baxımından zəruri hesab olunur. Bildirilib ki, Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində əgər hər hansı binada artıq 3 provayder fəaliyyət göstərirsə, həmin ünvanda minimal rəqabət mühitinin mövcud olduğu qənaətinə gəlinir.
İştirakçılara MTK-lara göstərilən xidmətlərlə bağlı statistik məlumatlar təqdim olunub. Qeyd edilib ki, daxil olmuş müraciətlər əsasında 50-yə yaxın MTK-da alternativ internet telekommunikasiya xidmətlərinin göstərilməsi təmin edilib, daha bir neçə binada isə kabelləşmə işləri icra mərhələsindədir. Bu göstəricilər rəqəmsal infrastruktura çıxışın genişləndirilməsi istiqamətində işlərin davamlı xarakter daşıdığını göstərir.
Görüşdə MTK-lar tərəfindən bəzi hallarda yaradılan süni çətinliklər də müzakirə olunub. Bildirilib ki, MTK rəhbərliyi ilə razılıq əldə olunduqdan sonra belə, bəzi MTK nümayəndələri telekommunikasiya fəaliyyəti üçün zəruri şərait yaradılmasına əsassız maneələr törədirlər. Misal olaraq qeyd edilib ki, bəzi hallarda MTK-ya xidmət haqlarının gecikməsi zamanı elektrik enerjisinin kəsilməsi və ya ödəniş məbləğinin əsassız şəkildə artırılması kimi praktikalara yol verilir.
Rəqabətli mühitin formalaşmasına dair müsbət nümunələr də diqqətə çatdırılıb. Qeyd edilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus yaşayış komplekslərində alternativ internet xidmətlərinin göstərilməsi ilə bağlı işlərə başlanılıb. Bu, gələcəkdə həmin komplekslərin sakinlərinə bir neçə provayder arasında sərbəst seçim imkanı yaradılacağını göstərir.
Tədbir çərçivəsində İSP-lərdən göstərdikləri əlavə xidmətlərə dair məlumatlar da tələb olunub. “Aztelekom” MMC tərəfindən bildirilib ki, yeni şirkətlərlə əməkdaşlıq çərçivəsində “Aztelekom” abunəçiləri gələcəkdə “Ağıllı ev” prinsipi əsasında kompleks xidmətlərdən yararlana biləcəklər. Həmçinin yeni nəsil “Mesh” sistemlərinin quraşdırılmasının yaxın vaxtlarda təmin ediləcəyi vurğulanıb ki, bu da ev daxilində internetin keyfiyyətini və sabitliyini daha da artıracaq.
Görüşün sonunda qeyd olunub ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi MTK-larda internet xidmətlərinə çıxışın genişləndirilməsi, rəqabət mühitinin gücləndirilməsi və vətəndaşların seçim imkanlarının artırılması istiqamətində telekommunikasiya operatoru və provayderləri və MTK-larla əməkdaşlığı davam etdirəcək, aşkarlanan problemlərin aradan qaldırılması üçün zəruri hüquqi və təşkilati tədbirlərin görülməsini diqqətdə saxlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
15 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
16 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
16 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
16 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
17 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
17 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
17 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























