İpoteka krediti üzrə 15 hadisəyə görə 354 min manata yaxın ödəniş verilib
Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti “ipoteka götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Hüseynquluyevin "Marja"ya verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində onun banka olan 30 207 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı banka ödənilib. Bununla da, vəfat edən müştərinin banka olan borcu tam sıfırlanıb.
E.Hüseynquluyev bildirirb ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 15 sığorta hadisəsinə görə ümumilikdə 353 719 manatdan çox sığorta ödənişi verilib.
“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
12 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
13 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
13 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 13 saat əvvəl