Pulunuzu “EXTRA” artıracaq rəqəmsal xidmət: 10,5 %-dək gəlir
Expressbank “Extra” rəqəmsal depozit məhsulunu müştərilərinin istifadəsinə verib(®) Expressbank yenilənən bankçılıq xidmətləri ilə işinizi rahatlaşdırmağa davam edir!
Expressbank “Extra” rəqəmsal depozit məhsulunu müştərilərinin istifadəsinə verib.
Belə ki, indi Expressbankın cari müştəriləri “Express24” tətbiqi üzərindən minimum 50 AZN-dən başlayaraq depozit yerləşdirməklə 24 ayadək müddətdə 10,5 %-dək gəlir əldə edə bilərlər.
Həmçinin depozit müqaviləsini SİMA İmza ilə rəsmiləşdirərək prosesləri banka gəlmədən tamamlamaq mümkündür.
Yerləşdirilən depozitlər üzrə faizlər müştərinin istəyindən asılı olaraq müddətin sonunda və ya aylar üzrə götürülə bilər. Qeyd edək ki, yerləşdirilən bütün depozitlər Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır.
“Extra” haqqında ekstra məlumat üçün keçid edin!
Qeyd edək ki, 2025-ci ildə "Fitch" beynəlxalq reytinq agentliyi "Expressbank" ASC-nin uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.
Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
1 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
9 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
10 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir






















