Apple-da son illərin ən böyük istefaları baş verir - İstedadlı şəxslər Şirkətdən ayrılırlar
Apple süni intellekt, hüquq, əməliyyat və dizayn kimi vacib bölmələrdə ard-arda baş verən istefalar səbəbilə son illərin ən böyük rəhbərlik "silkələnməsini" yaşayır. Apple-da baş məsləhətçidən tutmuş süni intellekt rəhbərinə qədər vacib vəzifələrdə dəyişikliklər baş verib. Şirkətin bir çox rəhbəri Meta-ya keçib. Həmçinin Apple-da bir sıra yüksək vəzifəli rəhbərlərin təqaüdə çıxdığı və ya çıxmağa hazırlaşdığı da iddia olunur.ABŞ-ın Apple şirkəti yüksək vəzifəli rəhbərlərin və mühüm mühəndislərin işdən ayrılması ilə son onilliklərin ən böyük kadr itkilərini yaşayır.
Marja xəbər verir ki, ötən həftə Apple-ın Süni intellekt və interfeys dizaynı bölməsinin rəhbəri, həmçinin süni intellektdən məsul vitse-prezident istefa edib. Ardınca şirkətin baş məsləhətçisi və hökumətlə əlaqələr bölmə rəhbərinin də işdən ayrılacağı açıqlanıb.
Dörd rəhbərin hər biri birbaşa Apple-ın baş direktoru Tim Kuka (Tim Cook) tabe idi ki, bu da şirkətin ali rəhbərliyində qeyri-adi bir dəyişiklik dalğasının baş verdiyini göstərir.
Bu dəyişikliklərin davam etməsi də ehtimal olunur. Məsələ ilə bağlı məlumatı olan şəxslərə görə, Apple-ın ən nüfuzlu rəhbərlərindən biri olan Təchizat Texnologiyaları üzrə Vitse-Prezidenti Johny Srouji bu yaxınlarda Tim Kuka şirkətdən ayrılmağı ciddi şəkildə düşündüyünü deyib. Həmçinin, Apple-ın Daxili çip inkişafı strategiyasının memarı olan Srouji, əgər ayrılmağa qərar verərsə, başqa bir şirkətə keçməyi planlaşdırdığını iş yoldaşları ilə paylaşıb.
Eyni zamanda Apple-dakı süni intellekt mütəxəssisləri də rəqiblərə doğru axın edir. Meta, OpenAI və müxtəlif startaplar Apple mühəndislərinə təkliflər göndərirlər.
Bütün bunlar Tim Kukun rəhbərlik dövrünün ən çətin mərhələlərindən birini yaradır. İcraçı direktorun yaxın zamanda Apple-dən ayrılması gözlənilməsə də, şirkətin həm kadr strukturunu yenidən formalaşdırması, həm də süni intellekt dövründə necə irəliləyəcəyini müəyyənləşdirməsi vacib hesab olunur.
Kuk, əsas istedadları şirkətdə saxlamaq üçün daha yüksək maaş və bonus paketləri təklif edərək bu axının qarşısını almağa çalışır. Lakin digər problem uzun müddətdir çalışan rəhbərlərin pensiya yaşına yaxınlaşması ilə bağlıdır.
Apple-ın Maşınların öyrənilməsi və Süni İntellekt Strategiyası üzrə Kıdemli Vitse-Prezidenti John Giannandrea-nın işdən ayrılması bir sıra uğursuzluqlardan sonra baş verib. Apple, mart ayından bəri Giannandrea-nı tədricən vəzifəsindən uzaqlaşdırmağa başlamışdı. Şirkət əməkdaşları isə onun istefasını uzun müddətdir gözləyirdilər və bəziləri onun bu qədər uzun müddət vəzifədə qalmasına təəccübləndiklərini bildiriblər.
Apple-dan Meta-ya keçən rəhbərlər kimlərdir?
Apple-ın süni intellekt təşkilatında, süni intellekt modellərindən məsul rəhbər Ruoming Pang istefa edib. Pang, həmkarları Tom Gunter və Frank Chu ilə birlikdə Meta-ya keçib. Meta, cazibədar maaş paketləri ilə istedadları özünə cəlb edir.
Siri-dən məsul olan və ChatGPT-yə bənzər bir axtarış təcrübəsi yaratmaq layihəsini idarə edən Robby Walker, oktyabr ayında şirkətdən ayrılıb. Onun yerinə gətirilən Ke Yang isə vəzifədə cəmi bir neçə həftə qalıb və Meta-nın yeni “Superintelligence Labs” bölməsinə keçib.
Digər tərəfdən, dizayn sahəsinin ən təcrübəli isimlərindən Alan Dye də Apple-ın ən böyük rəqiblərindən biri olan Meta-nın Reality Labs bölməsinə keçir. Bu, olduqca diqqətçəkən bir keçid kimi qiymətləndirilir.
Apple-ın süni intellekt robotik proqram təminatı komandası da Meta-ya doğru yönəlmiş kimi görünür.
Apple-da yenidənqurma
Apple-da yenidənqurma ehtimalı da yüksəkdir. Apple-ın Pərakəndə və İnsan Resursları üzrə Kıdemli Vitse-Prezidenti Deirdre O'Brien şirkətdə 35 ildən çox çalışdığı halda, Marketinqdən Məsul Vitse-Prezident Greg Joswiak isə şirkətdə artıq 40 ilini tamamlayıb. Apple hər iki rəhbərin tabeliyində çalışan əsas şəxsləri vəzifəyə yüksəldərək onların mümkün təqaüdlərinə hazırlaşır.
Bununla yanaşı, şirkət mühəndis heyətində yaşanan istedad itkisi ilə də mübarizə aparır. Bu vəziyyət baş rəhbərliyi narahat edir və idarə heyətinin işə qəbul və istedadın qorunması səylərini gücləndirməsi üçün insan resursları departamentinə göstəriş verdiyi bildirilir.
Boşalan vəzifələrə kimlər gətirilir?
Apple-ın Hüquq və Qlobal Təhlükəsizlik üzrə Vitse-Prezidenti Kate Adams-ın yerinə Jennifer Newstead təyin olunub. Süni intellekt və interfeys dizaynı bölmə rəhbəri Alan Dye-ın yerinə isə şirkətdə uzun illərdir çalışan təcrübəli dizayner Stephen Lemay gətirilib.
Əməliyyat Direktoru Jeff Williams-ın yerini Sabih Khan tutub. Maşınlarıb Öyrənilməsi və Süni İntellekt Strategiyası üzrə Vitse-Prezident John Giannandrea-nın yerinə isə əvvəllər Google və Microsoft-da çalışmış Amar Subramanya təyin olunub.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 5 saat əvvəl
-
5 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
6 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!






















