Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsidir.

Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişikliklərin əsaslandırılmasını hissə-hissə ictimaiyyətə təqdim edir.

 Dövlət Vergi Xidməinin məlumatında bildirilir:

Məlum olduğu kimi, vətəndaşlar tərəfindən mənzillərin kirayəyə verilməsi vergiyə cəlb edilən əməliyyat olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatlar mövcuddur. Prosesin rəsmiləşməsi məqsədilə inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması nəzərdə tutulur.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota durmadan agent (hüquqi və ya fiziki şəxs) müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib. 

Kirayə bazarı üzrə “ağarmaya” və könüllü əməletməyə nail olmaq məqsədilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi nəzərdə tutulur. Bu, vergi yükünün təxminən 30 faiz azalması deməkdir.

Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün isə 14%-lik vergi dərəcəsi dəyişməz qalır.

Dəyişikliyin məqsədi vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.

İş elanları AzVak.az-da

kirayə gəlirləri vergi dərəcəsi vergi azalması Vergi Məcəlləsi dəyişiklikləri Milli Məclis Dövlət Vergi Xidməti sahibkarlığın təşviqi vergi yükünün optimallaşdırılması kölgə iqtisadiyyatı kirayə bazarı qeyri-rəsmi əməliyyatlar vergi inzibatçılığı agent vasitəsilə vergi öhdəliyi kirayə verən fiziki şəxslər 14 faiz vergi 10 faiz vergi vergi yükünün 30 faiz azalması yaşayış sahələrinin kirayəsi əmlak vergisi vergi uçotu kirayə müqavilələrinin rəsmiləşdirilməsi könüllü əməletmə sahibkarlıq fəaliyyəti hüquqi şəxslərə kirayə vergi islahatları
26.11.2025 14:28
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18