"Elektromobil və "hibrid"lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır"
İdarə rəisi elektrik və hibrid mühərrikli avtomobillərə vergi güzəştinin ləğvinin səbəblərini açıqlayıb2019-cu ildən etibarən elektrik mühərrikli avtomobillərin idxalı, 2022-ci ildən isə həm idxalı, həm də satışı ƏDV-dən azad edilib. Hibrid mühərrikli avtomobillər üçün də 2022-ci ildən başlayaraq 4 il müddətinə ƏDV güzəşti tətbiq olunur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “APA-Economics”ə müsahibəsində bildirib ki, bu güzəştlər elektrik və hibrid nəqliyyat vasitələrinə olan marağı artıraraq ölkənin avtomobil parkının yenilənməsinə müsbət təsir göstərib. Eyni zamanda, 2023-cü ildən yerli avtomobil istehsalı ilə məşğul olan şəxslər də vergidən azad edilib.
Nicat İmanov vurğulayıb ki, son dövrlərdə yerli istehsalın həcmi artıb, eyni zamanda növbəti ildən elektrik və hibrid avtomobillərin ölkəmizdə istehsalı da planlaşdırılır. Yerli istehsalın ardıcıl genişlənməsi ölkədə əlavə dəyərin yaranmasını təmin edir.
Bu baxımdan dövlətin həyata keçirdiyi proteksionist siyasət minik avtomobilləri üzrə istehsalın stimullaşdırılmasına, daxili bazarın qorunmasına və avtomobil istehsalında lokallaşdırmanın dəstəklənməsinə yönəlib. Dövlətin bu siyasətinin vergi təşviqləri ilə müşayiət olunması tamamilə məntiqlidir və mövcud vergi güzəştləri məhz yerli sənayenin inkişafı və investisiya imkanlarının genişləndirilməsinə xidmət edir.
“Hazırda ölkə ərazisində istehsal olunan minik avtomobillərinin, o cümlədən elektrik və hibrid modellərin satışı 2023-cü ildən başlayaraq 10 il müddətinə ƏDV-dən azad edilib. Yerli istehsalın təşviqi və yaşıl iqtisadiyyatın dəstəklənməsi məqsədilə 2026-cı ildən bu sahədə vergi siyasətinin növbəti mərhələsinə keçid nəzərdə tutulur. Belə ki, yerli istehsal edilmiş elektrik və hibrid avtomobilləri ƏDV-dən azad ediləcək. Bununla yanaşı, yerli istehsal məqsədləri üçün yığımı tam başa çatmamış elektrik mühərrikli avtobusların idxalı 1 yanvar 2027-ci ilədək ƏDV-dən azad ediləcək”-deyə Nicat İmanov qeyd edib.
Xatırladaq ki, gələn il yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərin idxalı və satışına ƏDV tətbiq ediləcək.
© APA
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
11 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
11 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























