Unibank ipoteka faizini endirdi
Unibank ipoteka kreditlərinin faizini aşağı saldı. Indi Unibank-a müraciət edənlər dövlət ipoteka kreditlərini illik cəmi 7%-lə əldə edə biləcəklər.
İllik faiz dərəcəsinin 8%-dən 7%-ə endirilməsi aylıq ödənişləri aşağı salmaqla, ümumi kreditin məbləğini də daha sərfəli edəcək. Bir müddət əvvəl isə Unibank ipoteka kreditlərində ilkin ödənişi xeyli aşağı salıb. İndi bank filiallarına müraciət edənlər, evin ilkin ödənişinin 20%-ni etməklə illik 7%-lə 100 min manatadək ipoteka krediti götürə bilərlər.
Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun fəal müvəkkil bankları sırasındadır. Bank bir müddət əvvəl “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında Unibank iştirak edir.
İpoteka kreditləri Unibank-ın Bakıda “17 saylı” (“Sahil”) filialında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.
Unibank-ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün öz smartfonlarından Unibank Mobile əlavəsinə daxil olaraq, “hökumət ödənişləri” bölümünü seçmək lazımdır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
9 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
13 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
17 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 24 d. əvvəl
-
27 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
30 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
31 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 35 d. əvvəl
- 41 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı





























