Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
(®) Birbank Biznes sahibkarlar üçün nəzərdə tutulmuş Visa Sahibkar kartını daha sərfəli şərtlərlə təqdim edir. Artıq kart tamamilə ödənişsiz verilir, eyni zamanda Bakı və Abşeron üzrə çatdırılma üçün heç bir rüsum tələb olunmur.
Yenilənmiş kart müasir dizaynı, funksionallığı və biznes ehtiyaclarına uyğun imkanları ilə sahibkarlara maliyyə idarəçiliyində daha çox rahatlıq qazandırır. Ən sərfəli sahibkar kartı hansıdır? – sualına cavab axtaranlar bu kartın imkanlarını dəyərləndirə bilərlər.
Visa Sahibkar kartı biznes sahiblərinə gündəlik xərcləri şəffaf şəkildə izləmək, şəxsi və biznes əməliyyatlarını ayrı-ayrılıqda idarə etmək və dünyanın istənilən nöqtəsində əməliyyatları təhlükəsiz və sürətli şəkildə həyata keçirmək imkanı yaradır. Visa Kart vasitəsilə həm alış-veriş etmək, həm də nağd vəsait çıxarmaq mümkündür.
Kart sahibləri Visa biznes imtiyazlarına da çıxış əldə edirlər. Bu imtiyazlara hotel və avtomobil icarəsi xidmətlərində xüsusi endirimlər, beynəlxalq səfərlər zamanı 24/7 tibbi və hüquqi dəstək, eləcə də müxtəlif biznes alətlərinə güzəştlərlə qoşulmaq imkanı daxildir. “Google Ads”, “Meta Ads”, “LinkedIn Ads”, “Microsoft 365”, “Google Workspace” kimi platformalarda təklif olunan güzəştlər və bonuslar sahibkarlara rəqəmsal əməliyyatlarını daha da sərfəli şəkildə etməyə kömək edir.
Kart, həmçinin gündəlik xərclərlə bağlı üstünlüklər də təqdim edir. “Apple Pay” və “Google Pay” ilə ödəniş zamanı restoran, kafe, sağlamlıq mərkəzləri və alış-veriş üzrə tərəfdaş şəbəkələrində endirimlərdən yararlanmaq mümkündür.
Xüsusilə qeyd edilməlidir ki, yeni kart dizaynı sahibkarların peşəkar imicinə əlavə dəyər qatır və həm yerli, həm də beynəlxalq səviyyədə biznes fəaliyyətini daha rahat şəkildə idarə etmək imkanı yaradır.
Sahibkar kartını Birbank Biznes mobil tətbiqi vasitəsilə sifariş edərək, pulsuz çatdırılmadan yararlanmaq mümkündür.
Ətraflı məlumat: www.b-b.az/bbvsk
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün Birbank Biznes saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 28 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib


























