Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi
Milli Etalon Vaxtı - UTC (AZ) zaman və tezlik kəmiyyətlərinin yüksək dəqiqliklə generasiyasını, eləcə də ölçmələrin dəqiqliyini və metroloji izlənilməsini təmin edir.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən milli vaxt infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addım atılıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, ilk dəfə Milli Etalon Vaxtı, yəni UTC (AZ) Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən təsdiqlənib.
Hazırda Azərbaycan UTC-yə (Coordinated Universal Time – Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası tərəfindən milli vaxtla peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq BIPM-ə göndərilir.
Qeyd edək ki, dəqiq vaxtın dövlət qurumları, özəl sektor, maliyyə və nəqliyyat sahələri, eləcə də telekommunikasiya şəbəkələri üçün əhəmiyyətini nəzərə alaraq, xarici mənbələrdən asılılığın azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası müasir tələblərə uyğun yenidən qurulub.
Sözügedən laboratoriya yüksək dəqiqlikli sezium atom saatları, peyk siqnal qəbulediciləri və NTP (Network Time Protocol – Şəbəkə Vaxtı Protokolu) əsaslı vaxt paylama sistemi ilə təchiz olunub.
UTC (AZ)-nin təsdiqlənməsi maliyyə, telekommunikasiya, nəqliyyat, energetika və digər mühüm əhəmiyyətli sahələrin dəqiq, etibarlı və təhlükəsiz vaxtla təmin edilməsinə şərait yaradacaq. Eyni zamanda bu təşəbbüs ölkəmizdə vaxt metrologiyası üzrə elmi-tədqiqat fəaliyyətlərinin əsasını qoyacaq, kadr potensialının inkişafına və elmi-texniki tərəqqinin sürətlənməsinə töhfə verəcək.
Milli Etalon Vaxtının təsdiqlənməsi yalnız texniki yenilik deyil, həm də ölkəmizin strateji maraqları, iqtisadi təhlükəsizliyi, informasiya müstəqilliyi və beynəlxalq etibarlılığı baxımından mühüm əhəmiyyət kəsb edən addımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 21 d. əvvəl
-
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
2 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı


























