“PAŞA Bank” sahibkar dostunuzla birgə qazandıran yeni layihə təqdim edir
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” sahibkarlar üçün qarşılıqlı faydaya əsaslanan yeni layihəni təqdim edib. Layihə çərçivəsində sahibkarlar dostlarını banka dəvət edərək birgə qazanc əldə edəcəklər.
Dəvət olunan şəxs hesab açıb “Tarifim” məhsulunu əldə etdikdə həmin tarif üzrə ödənilən komissiya məbləğinin 10%-i dəvət edənə, 10%-i isə dəvət olunana geri ödənir. Beləliklə, hər iki sahibkar eyni vaxtda fayda əldə etmiş olur.
Qazanmaq üçün atılacaq sadə addımlar:
- ”PAŞA Bank Biznes” hesabınızdakı sizə məxsus linki sahibkar dostunuzla paylaşın;
- Dəvət etdiyiniz şəxs linkə keçərək hesab açsın;
- Dostunuz “Tarifim” paketini alsın;
- Ay sonunda komissiya məbləğinin 10%-i hər ikinizin hesabına köçürülsün.
İştirak yalnız “PAŞA Bank Biznes” veb-platforması üzərindən mümkündür: https://pshb.az/48o8tFF
Layihə bankın müştəri yönümlü xidmət siyasətinin tərkib hissəsidir və bizneslər arasında əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir. Proqram haqqında ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.
2025-ci ildə PAŞA Bank real sektor və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” seçilib, həmçinin “Stevie Awards”-da “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub və “Global Finance” nəşri tərəfindən təqdim olunan “World’s Best Private Banks 2025” mükafatının qaliblərindən biridir.
“PAŞA Bank” rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər sahəsində mühüm uğurlar əldə edib. Bank müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir və gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı



























