Wolt artıq Şəkidə!
Wolt-un rahat və sürətli çatdırılma xidmətini artıq Şəkidə istifadəyə verildi! Artıq Şəkidə yaşayan istifadəçilər Wolt tətbiqi vasitəsilə sevdikləri restoranlardan yeməkləri, eləcə də supermarketlər, müxtəlif növ mağazalardan və apteklərdən istədiklərini bir neçə toxunuşla sifariş edə bilirlər.Wolt Azərbaycanda 2019-cu ildən qida və qeyri-qida məhsullarının çatdırılması sahəsində fəaliyyət göstərən texnologiya və logistika şirkətidir.
Şirkət Azərbaycanın regionlarında genişlənməsini davam etdirərək artıq Şəki şəhərində də fəaliyyətə başlayıb. Bu addım, şirkətin ölkə üzrə daha çox insana rahat, etibarlı və müasir çatdırılma təcrübəsi təqdim etmək strategiyasının növbəti mərhələsini təşkil edir.
Wolt-un yeni şəhərlərdə istifadəyə verilməsi, şirkətin məqsədinə – Azərbaycanın bütün bölgələrində eyni səviyyədə yüksək xidmət keyfiyyəti təmin etmək istiqamətində atılmış mühüm addımdır.
Artıq Şəkidə yaşayan istifadəçilər Wolt tətbiqi vasitəsilə sevdikləri restoranlardan yeməkləri, eləcə də supermarketlər, müxtəlif növ mağazalardan və apteklərdən istədiklərini bir neçə toxunuşla sifariş edə bilirlər. Çatdırılmalar tez, etibarlı və izlənə bilən formada həyata keçirilir.
Yerli sahibkarlar üçün isə Wolt, yalnız çatdırılma xidməti deyil, həm də rəqəmsal satış kanalı və marketinq dəstəyi platforması rolunu oynayır. Şirkət tərəfdaşlarına yeni müştərilərə çıxış imkanı, analitika alətləri və platformada görünürlük imkanı təqdim edərək, onların satışlarını artırmağa və bizneslərini inkişaf etdirməyə şərait yaradır.
Yeni şəhərin xəritəyə əlavə olunması ilə Wolt, Azərbaycanın regionlarında rəqəmsal transformasiyanı sürətləndirmək, yerli iqtisadiyyata dəstək vermək və müştəri təcrübəsini təkmilləşdirmək məqsədini davam etdirir. Şirkət həm yerli sahibkarlar, həm də kuryerlər üçün yeni gəlir imkanları yaradaraq, regionlarda məşğulluğun artmasına da töhfə verir. Şəkidə Wolt-un istifadəyə verilməsi, şirkətin Azərbaycan bazarına uzunmüddətli strateji yanaşmasının bir hissəsidir.
Wolt haqqında
Wolt – 2014-cü ildə Finlandiyada yaradılmış texnologiya şirkətidir. Hazırda DoorDash qlobal ailəsinin bir hissəsi olan Wolt, 25-dən çox ölkədə 300-dən çox şəhərdə fəaliyyət göstərir və milyonlarla istifadəçiyə xidmət göstərir. Azərbaycanda Wolt, paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Quba, Şuşa, Xankəndi, Qəbələ, Mingəçevir, Naxçıvanda da aktivdir və məqsədi ölkənin bütün şəhərlərində rahat, texnologiya əsaslı çatdırılma təcrübəsini əlçatan etməkdir. Odur ki, yaxın zamanda yeni şəhərlərdə də xidmətinizdə olacaq. Wolt tətbiqini App Store və Play Store-dan asanlıqla yükləyib istədiklərinizi sifariş edin və sürətli çatdırılmadan zövq alın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























