Azərbaycan–Qırğız İnkişaf Fondu 4 investisiya layihəsinə pul ayırıb - ADLARI
İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının sədri Elnur Əliyevi Qırğız Respublikasına səfər edib.
Səfər çərçivəsində Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının 6-cı iclası keçirilib. Tədbirdə hər iki tərəfdən Fondun Şurasının üzvləri və İdarə Heyətinin həmsədrləri iştirak ediblər.
Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, dövlətlərimizin başçıları tərəfindən iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir.
Azərbaycan–Qırğız İnkişaf Fondu iki ölkə arasında dostluq və iqtisadi tərəfdaşlığın inkişafında mühüm alət kimi çıxış edir. Fondun fəaliyyəti çərçivəsində həyata keçirilən layihələr ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir,
Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə genişlənir. 2024-cü il 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış əlavə sazişə əsasən, Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon ABŞ dollarına qədər artırılması nəzərdə tutulur.
Hazırda Fond ümumi dəyəri 52,7 milyon ABŞ dolları olan 4 investisiya layihəsinə 14,4 milyon ABŞ dolları həcmində maliyyə ayırıb. Bunlar 9 MVt gücündə “Tyup HES” kiçik su elektrik stansiyası, “Tanar Group” sosial yaşayış kompleksi daxilində çoxfunksiyalı mərkəz, “KG Tex” 300 iş yerlik tikiş fabriki və “Orion Grand” kovrolin istehsalı zavodu layihələridir.
İclasda gündəlikdə duran məsələlər, Fondun fəaliyyətini tənzimləyən sənədlər və reallaşdırılacaq layihələr müzakirə olunub.
Səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan–Qırğız İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələrlə yerində tanış olub.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev səfər çərçivəsində Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkovla görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin inkişafı məsələləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan və Qırğız Respublikası arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və iqtisadi əlaqələr bu əməkdaşlığın mühüm istiqamətini təşkil edir. Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyəti və həyata keçirilən layihələrin tərəfdaşlığımızın möhkəmlənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib. Sənaye, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər ticarət dövriyyəsinin artırılması, investisiya axınlarının stimullaşdırılması, sənaye kooperasiyası və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
11 d. əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 20 d. əvvəl
- 24 d. əvvəl
-
30 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Ən çox oxunanlar
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
























