Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
27 oktyabr, 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin üzvləri “Anglo Asian Mining Plc”-nin prezidenti Reza Vəziri ilə görüş keçiriblər.
Birjanın yaydığı məlumata görə, görüşün əsas mövzusu iki tərəf arasında əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycan kapital bazarının inkişafı olub.
Görüşdə BFB rəhbərliyi birjanın strateji vizyonunu və kapital bazarı infrastrukturunun inkişafı üzrə planları təqdim edib. Bundan əlavə, 2025-ci ilin oktyabr ayında BFB-nin Dünya Birjalar Federasiyasına (WFE) tam üzv qəbul olunması da müzakirə edilib. Bu, kapital bazarının şəffaflığının gücləndirilməsi və beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi baxımından əhəmiyyətli addım kimi vurğulanıb.
Görüş zamanı “Anglo Asian Mining”-in prezidenti və baş icraçı direktoru Reza Vəziri vurğulayıb: “Azərbaycanın ilk publik şirkəti olaraq Anglo Asian Mining bazarın inkişafını yaxından izləyir və BFB ilə əməkdaşlığa dəstək verməyə hazırdır. Bu, həm bazar iştirakçıları, həm də potensial investorlar üçün faydalı ola bilər”.
İnvestor etibarının artırılmasının vacibliyini vurğulayan Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov qeyd edib: “Bu müzakirələr BFB üçün strateji əhəmiyyət daşıyır. Kapital bazarının infrastrukturunun gücləndirilməsi və investor etibarının artırılması bizim əsas prioritetlərimizdir”. BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycan kapital bazarlarının infrastruktununun inkişafının önəmini vurğulayıb: “BFB olaraq şəffaflıq, əməliyyatların avtomatlaşdırılması və beynəlxalq standartlara uyğunluq istiqamətində islahatları davam etdiririk. WFE-yə tam üzvlük bu prosesin mühüm hissəsidir”.
“Anglo Asian Mining” tərəfindən BFB-nin Azərbaycan kapital bazarının inkişafına verdiyi töhfə qiymətləndirilib və şirkət gələcəkdə birja ilə əməkdaşlıqda aktiv iştirak etməyə hazır olduğunu bildirilib. Tərəflər yaxın gələcəkdə əməkdaşlığın konkret mexanizmləri üzərində işləməyi və əlaqələndirilmiş fəaliyyət planı hazırlamağı qərara alıblar.
“Anglo Asian Mining Plc – London Fond Birjasında qeydiyyatdan keçmiş, Azərbaycanda qızıl, mis və gümüş kəşfiyyatı və istehsalı ilə məşğul olan Böyük Britaniya şirkətidir. Şirkət 20 ildən artıq müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir və Qərbi Azərbaycanda 2,544 kv. km əhatə edən səkkiz müqavilə sahəsində kəşfiyyat və istehsal aktivləri portfelinə malikdir. Şirkətin əsas fəaliyyət sahələrinə Gədəbəy istehsal kompleksi, Dəmirli mədən kompleksivə digər perspektivli layihələr daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















