Qızıl sürətlə ucuzlaşdı - Qiymətində son 12 ilin ən böyük enişi baş verdi
Qiymətli metallar bazarında genişmiqyaslı satışların təsiri ilə qızıl 2013-cü ildən bəri ən kəskin enişini, gümüş isə 2021-ci ildən bu yana ən böyük qiymət itkisini yaşayıb.
Marja xəbər verir ki, bir neçə həftə davam edən və qiymətli metalların ardıcıl olaraq rekord səviyyələrə yüksəlməsinə səbəb olan "rallidən" sonra qızılın qiyməti kəskin şəkildə geriləyib.
Dünən qızılın bir unsiyasının qiyməti 4381,52 ABŞ dollarına qədər yüksələrək yeni zirvəyə çatmışdı. Lakin bu gün qlobal birjalarda qızıl 6,3% ucuzlaşaraq son 12 ilin ən böyük geriləməsini qeydə alınıb.
Qiymətlərin düşməsində bir sıra amillər rol oynayıb — Çin və ABŞ arasında aparılan müsbət ticarət danışıqları, dolların möhkəmlənməsi, ABŞ hökumətinin fəaliyyətindəki fasilə səbəbindən investorların mövqelərində yaranan qeyri-müəyyənlik, eləcə də Hindistanda mövsümi qızıl alışı dalğasının başa çatması kimi faktorlar qiymətli metalların dəyərini aşağı salıb.
ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Si Cinpinin gələn həftə ticarət sahəsində fikir ayrılıqlarını aradan qaldırmaq üçün görüşəcəkləri gözlənilir. Bu görüşə dair optimizm “təhlükəsiz liman” kimi qəbul edilən qızıla tələbi azaldıb. Eyni zamanda, ABŞ dollarındakı artım qızılı digər valyutalarla alan investorlar üçün daha baha edib.
Bu il təxminən 80% bahalaşan gümüş də bu gün eniş tendensiyasına qoşulub.
Bakı vaxtı ilə saat 23:25-ə olan məlumata görə, Nyu-York birjasında qızılın unsiyasının qiyməti 6 % azalaraq 4108 dollara, gümüşün qiyməti isə 7,8% düşərək 48,38 dollara ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 41 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"

























