Qaradağ GES-də mühüm mərhələ - TƏDBİR KEÇİRİLİB
Qaradağ GES-də 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında 1 milyard kilovat-saat elektrik enerjisinin istehsalı münasibətilə tədbir keçirilib.
Tədbirdə Energetika Nazirliyi, “Azərenerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin rəhbər şəxsləri iştirak ediblər.
Bildirilib ki, 2023-cü ildə istismara verilmiş Qaradağ GES Azərbaycanın bərpa olunan enerji sahəsində ilk iri miqyaslı beynəlxalq investisiya layihəsi olmaqla, ölkəmizdə “yaşıl enerji” keçidinə mühüm töhfə verir. İki il ərzində istehsal olunmuş 1 milyard kilovat-saat elektrik enerjisi ölkə üzrə 220 milyon kubmetr təbii qaza qənaət imkanı yaradaraq, atmosferə 400 min ton karbon qazı atılmasının qarşısını alıb.
Daha sonra simvolik sertifikatın imzalanma mərasimi keçirilib. Sertifikatı Azərbaycan tərəfdən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və “Azərenerji” ASC-nin İdarə Heyəti sədrinin müavini Rüstəm Qasımov imzalayaraq “Masdar” şirkətinin Baş əməliyyat direktoru Əbdüləziz Alobaidliyə təqdim ediblər.
Qeyd edək ki, Qaradağ GES ildə təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə 110 min ev təsərrüfatını yaşıl enerji ilə təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























