Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Unibank özünün ilk “2024 Dayanıqlılıq Hesabatını” ictimaiyyətə təqdim edib.
Bankın yaydığı məlumatda bildirilir ki, sənəd bankın ESİ prinsiplərinə əsaslanan idarəetmə modelini, yaşıl maliyyələşdirmə təşəbbüslərini, sosial və rəqəmsal inkişaf göstəricilərini və iqtisadi tendensiyalara dair analitik qiymətləndirməsini özündə birləşdirir (https://unibank.az/az/sustain/view/1393) .
Hesabatda qeyd olunur ki, 2024-cü il qlobal maliyyə sektoru üçün mürəkkəb, lakin dəyişimin sürətləndiyi dövr olub. Dünya iqtisadiyyatında inflyasiya təzyiqləri, enerji keçidi və süni intellekt texnologiyalarının artan rolu əsas tendensiyalar kimi qiymətləndirilib. Azərbaycan iqtisadiyyatı isə bu şəraitdə dayanıqlılıq və şaxələnmə göstəricilərinə görə regionda fərqlənib. Qeyri-neft sektoru üzrə artım, yaşıl enerji zonalarının inkişafı və COP29-un Bakıda keçirilməsi ölkədə iqtisadi kursu davamlı möhkəmləndirib.
“Unibank”ın Dayanıqlılıq Hesabatı GRI standartlarına uyğun hazırlanıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlmiş fəaliyyətləri əhatə edir. Hesabatda göstərilir ki, 2024-cü il Unibank üçün transformasiya ili olub. Bank Azərbaycanın ilk qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlarını (20 milyon AZN) buraxaraq ölkədə yaşıl maliyyə bazarına töhfəsini verib.
İl ərzində “Unibank”ın kredit portfeli 107 milyon AZN artıb, biznes kreditlərinin portfeldə payı 40%-ə çatıb. Bank regionlarda maliyyə əlçatanlığını genişləndirərək mikrokreditlərin 70%-ni region müştərilərinə, 30%-ni isə qadın sahibkarlara təqdim edib.
Rəqəmsal bankçılıq sahəsində də ciddi irəliləyişlər əldə olunub: rəqəmsal istifadə göstəricisi 19,3% artıb, Leobank ekosistemi genişlənib və 1,7 milyon rəqəmsal istifadəçi qeydə alınıb. Müştəri məmnuniyyətini ölçən NPS göstəricisi 13,3% artaraq, müştəri etibarının daha da gücləndiyini göstərib.
Hesabatda həmçinin “Unibank”ın ESİ idarəetmə strukturu, Sustainable Finance Framework (SFF) mexanizmi, üç müdafiə xətti prinsipi və dayanıqlılıq üzrə komitələrin fəaliyyəti təqdim olunur. Bankın həm Müşahidə Şurası, həm də İdarə Heyəti yanında dayanıqlılıq üzrə fəaliyyət göstərən komitələri və Dayanıqlılıq meneceri ESİ prinsiplərinin gündəlik qərarvermə və əməliyyatlara inteqrasiyasına nəzarət edir.
Sosial istiqamətdə bank şəhid ailələrinə dəstəyini, uşaq evləri üçün keçirilən sosial aksiyaları və 500 ağacın əkildiyi ekoloji layihələri ilə cəmiyyətə təsirini gücləndirib. 2024-cü ildə əməkdaşların 60%-i təlimlərdə, o cümlədən 60 nəfər ESG mövzularında ixtisaslaşmış təlimlərdə iştirak edib.
Unibank İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov qeyd edib: “Sabit maliyyə göstəricilərimizlə yanaşı, sosial ədalət və ekoloji məsuliyyət prinsiplərini bank fəaliyyətimizin mərkəzinə yerləşdirmişik. Bu hesabat yalnız bu gün harada olduğumuzu deyil, həm də hara getdiyimizi göstərir. O, həm irəliləyişin göstəricisidir, həm də dayanıqlılıq sahəsində hesabatlılıq və şəffaflıq vədimizin ifadəsidir”.
Qeyd edək ki, Unibank 2025–2029-cu illəri əhatə edən genişmiqyaslı Dayanıqlılıq Strategiyasını və ona əsaslanan Dayanıqlılıq Siyasətini təsdiq edib. Bu sənədlər bankın milli prioritetlərə, beynəlxalq ESİ standartlarına və bazar trendlərinə uyğun uzunmüddətli dəyər yaratmaq məqsədi daşıyan fəaliyyət istiqamətlərini əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























