Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

2025-ci ilin 13–17 oktyabr tarixlərini əhatə edən həftə qlobal maliyyə bazarları üçün həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm hadisələrlə yadda qaldı. ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan danışıqlar, eləcə də böyük Amerika banklarının açıqladığı güclü rüblük nəticələr investorların diqqət mərkəzində idi.
Həftə boyunca ABŞ dolları və əsas indekslərdə (S&P 500, Nasdaq, Dow Jones) dalğalanmalar müşahidə olundu, kriptovalyuta bazarında isə satış təzyiqi artdı.
Trump–Putin danışıqları: Geosiyasi fon yenidən gərginləşir
17 oktyabrda Donald Tramp ilə Vladimir Putin arasında baş tutan telefon danışığı dünya mediasının əsas mövzularından biri oldu. “Reuters” agentliyinin xəbərinə görə, Putin söhbətdən dərhal sonra yüksək səviyyəli müşavirə keçirib. “Washington Post” isə iddia edib ki, danışıqlar zamanı Rusiya lideri Ukraynanın bəzi əraziləri ilə bağlı güzəştlər tələb edib.
Bu məlumatlar beynəlxalq siyasi gündəmi silkələdi və bazarlarda riskli aktivlərdən qaçış meylini artırdı. Analitiklərin fikrincə, ABŞ–Rusiya münasibətlərində bu cür qeyri-müəyyənliklər qısa müddətdə investor psixologiyasına mənfi təsir göstərərək, “risk-off” rejimini aktivləşdirir.
İqtisadi göstəricilər və korporativ nəticələr: “Wall Street”-də müvəqqəti yüksəliş
Həftənin əvvəlində ABŞ birjaları müsbət əhval-ruhiyyə ilə açıldı. Donald Trampın Çinə tətbiq ediləcək növbəti gömrük tariflərində yumşalma siqnalı verməsi və texnologiya şirkətlərinə dair optimist açıqlamalar nəticəsində 13 oktyabr sessiyasında S&P 500 indeksi 1.56%, Nasdaq 2.21%, Dow Jones 1.29% yüksəldi.
Daha sonra “Morgan Stanley” və “Bank of America” kimi iri bankların rüblük mənfəət göstəriciləri gözləntiləri üstələməsi 15 oktyabrda indekslərdə yeni artıma səbəb oldu. Lakin həftənin sonuna doğru geosiyasi gərginliyin yenidən yüksəlməsi bu artımı məhdudlaşdırdı.
ABŞ dolları: Yüngül zəifləmə, lakin qoruyucu status qalır
Valyuta bazarlarında isə ABŞ dolları (DXY indeksi) həftəyə 98.88 bənd səviyyəsində başlayaraq, 17 oktyabrda təxminən 98.54 səviyyəsində bağlandı. Bu zəifləməyə səbəb kimi, korporativ gəlirlərin yaxşı çıxması ilə risk iştahının qismən bərpası, FED tərəfindən mümkün faiz yumşalmasına dair gözləntilər və digər əsas valyutaların möhkəmlənməsi göstərilir. Xatırladaq ki, “shutdow” hələ də davam edir və bu faktor da dollar üzrində təzyiqləri artmasına səbəb olur.
Kriptovalyuta bazarları: Volatillik və satış təzyiqi
Kriptovalyuta bazarlarında bu həftə mənfi dinamika müşahidə olundu.
Bitcoin qiyməti 17 oktyabrda $107.120 həddiniı kimi enərək, əvvəlki həftələrdəki artımın bir hissəsini itirdi.
“Ether” (ETH), “Solana” (SOL), “Binance Coin” (BNB) və digər altkoinlərdə isə 15–25% aralığında geriləmələr qeydə alındı.
Əsas səbəblər:
- makroiqtisadi qeyri-müəyyənlik,
- leverajlı mövqelərin likvidasiyası,
- investorların riskli aktivlərdən çıxış strategiyası idi.
Kripto bazarları ənənəvi indekslərə nisbətən geosiyasi xəbərlərə daha sərt reaksiya verdiyindən, qısa müddətdə yüksək dalğalanma potensialı qorunur.
İnvestorlar üçün nəticə və proqnoz
Qısamüddətli perspektivdə: geosiyasi risklərin təsiri ilə volatillik artmağa davam edəcək. Yüksək leverrecli mövqelərdən uzaq durmaq və portfeli müdafiə sektorları ilə diversifikasiya etmək məqsədəuyğundur.
Orta və uzunmüddətli baxışda: əgər Tramp–Putin danışıqları konkret diplomatik nəticələr doğurarsa (sülh razılaşması və ya ticarət gərginliyinin azaldılması kimi), bazarlarda stabilləşmə və dolların möhkəmlənməsi mümkündür.
Kripto investorları üçün: risk idarəetməsi və likvidlik nəzarəti bu mərhələdə ən vacib faktor olaraq qalır.
Cari həftə ərzində isə, Amerikada və İngiltərədə açıqlanaca İstehlak Qiymətləri İndeksi (CPİ), İstehsal Qiymətləri İndeksi (PPİ), Almaniyada, Avrozonada, İngiltərədə və Amerikada dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) rəqəmləri birjalara yön verə biləcək əsas xəbərlərdir.
EUR
Ötən həftəyə artımla başlayan EURUSD məzənnəsi 1.17280 səviyyəsinə qədər bahalaşsa da, Tramp Putin danışıqlarından sonra bir qədər bahalaşdı və bağlanışı 1.16520 həddində reallaşdırdı.
Hazırda 1.16720 hədlərində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.17000 həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
Almaniyada, Avrozonada dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi rəqəmləri avronun dünya birjalarındakı qiymətlərinə ciddi təsri edə bilər.
GBP
Keçən həftə 1.33440 həddinə qədər bahalaşan GBPUSD məzənnəsi də baş verən geosiyasi proseslər fonunda 1.34240 hədlərinə kimi bahalaşdı və həftəni bu səviyyədə tamamladı.
Bu həftə isə İngiltərədə dərc olunacaq İngiltərədə açıqlanacaq CPİ, PPİ və PMİ göstəriciləri funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
XAUUSD
Ötən həftə də ardıcıl olaraq rekord təzələyən qızıl 4379$-a kimi bahalaşdı. Lakin, daha sonra kəskin ucuzlaşan “sarı metal” həftəni 4252$ həddində tamamladı. Hazırda 4265$-a ticarət olunan qiymətli metalın qiyməti 4300$ həddini qırıb üzərində möhkəmlənə bilsə, artım tendensiyası davam edə bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri tərəfindən hazırlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 52 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
2 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
