Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib
Avrozonada istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında aylıq müqayisədə 0,1%, illik müqayisədə isə 2,2% artıb.Avropa Statistika İdarəsi (Eurostat) sentyabr ayına dair yekun məlumatları açıqlayıb.
Marja xəbər verir ki, Avrozonada istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% yüksəlib. Avqust ayında bu göstərici 2% idi.
Avropa Mərkəzi Bankının (AMB) illik inflyasiya hədəfi isə 2% səviyyəsindədir.
İstehlak qiymətləri aylıq müqayisədə 0,1% artıb. Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçılar illik inflyasiyanın 2,2%, aylıq inflyasiyanın isə 0,1% olacağını proqnozlaşdırmışdılar. Beləliklə, Avrozonada inflyasiya göstəriciləri gözləntilərlə uyğun nəticələnib.
Sentyabr ayında Avrozonada baza inflyasiya isə illik əsasda proqnozları üstələyərək 2,4%-ə yüksəlib.
İnflyasiyanın əsas komponentlərinə baxdıqda, sentyabr ayında ən yüksək illik artım 4,7% ilə emal edilməmiş qida məhsullarında müşahidə olunub. Bu göstəricinin ardınca 3,2% ilə xidmət sektoru, 3% ilə isə alkoqol və tütün daxil olmaqla digər qida məhsulları gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Ən çox oxunanlar
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























