Nestlé satışların zəifləməsi fonunda 16 min iş yerini ixtisar edəcək
Nestlé SA cümə axşamı bildirib ki, şirkət qlobal miqyasda təxminən 16 000 iş yerini ixtisar edəcək və 2027-ci ilə qədər xərclərə qənaət hədəfini 3 milyard İsveçrə frankı səviyyəsinə qaldıracaq. Bu qərar, 2025-ci ilin ilk doqquz ayında satışların azalması fonunda verilib.
Satışları azalıb
Marja xəbər verir ki, hesabat dövründə şirkətin ümumi satışları keçən ilin analoji dövrü ilə müqayisədə 1,9% azalaraq 67,1 milyard İsveçrə frankından 65,9 milyar İsveçrə frankına enib. Bu azalma əsasən 5,4%-lik mənfi valyuta məzənnəsi təsiri ilə bağlı olub.
Bununla yanaşı, üzvi satış artımı (organic growth və ya üzvi artım — şirkətin satış və ya gəlirindəki artımın yalnız mövcud biznes fəaliyyətlərindən qaynaqlanan hissəsini ifadə edir) 3,3% təşkil edib ki, bu da 0,6% real daxili artım və 2,8% qiymət artımı hesabına baş verib. Üçüncü rübdə üzvi artım 4,3%-ə, real daxili artım isə 1,5%-ə yüksəlib.
Nestlé-nin baş direktoru Filipp Navratil bildirib ki, şirkətin əsas prioriteti böyüməni gücləndirmək və resurslardan daha intizamlı istifadə etməkdir:
“RIG-yönümlü (real daxili artım) böyüməni davam etdirmək bizim bir nömrəli prioritetimizdir. Dünya dəyişir və Nestlé daha sürətli dəyişməlidir,” – deyə Navratil vurğulayıb.
Qlobal restrukturizasiya və qənaət planı
Şirkətin restrukturizasiya planı 12000 ofis, 4000 istehsal və təchizat işçilərinin ixtisarını əhatə edir. Tədbirlərin 2027-ci ilə qədər illik 1 milyard İsveçrə frannkı qənaət təmin edəcəyi gözlənilir.
Nestlé bildirib ki, bu dəyişikliklər genişləndirilmiş “Fuel for Growth” proqramının bir hissəsidir. Proqramın məqsədi əməliyyat səmərəliliyini artırmaq və biznes transformasiyasını sürətləndirməkdir.
Nestlé 2025-ci il üçün proqnozunu təsdiqləyib. Şirkət üzvi satış artımının 2024-cü ilə nisbətən yaxşılaşacağını, əməliyyat mənfəət marjasının isə 16%-ə çatacağını və ya onu keçəcəyini gözləyir.
Navratil bildirib ki, Nestlé bundan sonra ən yüksək gəlir potensialı olan biznes sahələrinə fokuslanacaq və innovasiyalara daha cəsarətli sərmayə yatıracaq:
“Biz daha böyük miqyasda sərmayə qoyacaq və innovasiyaları irəli apararaq sürətli böyümə və dəyər yaratmağa çalışacağıq,” – deyə o əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























