“Neptun” dənizə yola salınıb
“Ümid” yatağının Cənub qanadında ilk qiymətləndirmə quyusunun qazılması üçün nəzərdə tutulan “Neptun” özüqalxan qazma qurğusunun modifikasiya işlərinin tamamlanması və qurğunun dənizə yola salınması mərasimi keçirilib.
Tədbirdə SOCAR, “Nobel Upstream”, “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin (UBOC) Azərbaycandakı filialının, eləcə də “Caspian Oilfield Services” (COS) şirkətinin rəhbərləri və xidmət göstərən digər tərəfdaş şirkətlərin rəsmiləri iştirak edib.
“Neptun” qurğusu vasitəsi ilə “Ümid” yatağının Cənub qanadında sualtı qiymətləndirmə quyusunun qazılması bu ilin oktyabr ayında planlaşdırılır. Özüqalxan üzən qazma qurğusu ilə sualtı qiymətləndirmə quyusunun qazılması SOCAR tarixində ilk olacaq. Eyni zamanda, bu quyu bu günədək “Ümid” yatağında qazılan ən dərin quyu hesab olunur. Quyunun layihə dərinliyi 7067 metr təşkil edir. Quyuda qazma işlərinin tamamlanması və lay sınağına təhvil verilməsi müddəti təxminən 10 ay nəzərdə tutulub.
Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixinə olan məlumata əsasən "Ümid" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində, ümumilikdə 12.3 milyard kubmetr qaz və 1.8 milyon ton kondensat hasil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























