9 ayda Azərbaycanda 20,7 milyon ton neft, 38,2 milyard kubmetr təbii qaz hasil olunub
Energetika NAzirliyinin yaydığı məlumata görə, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib.
Bu dövrdə 17,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14,9 milyon tonu konsorsiumların, 2,1 milyon tonu SOCAR-ın, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edilib ki, bu ilin 9 ayında xam neft hasilatı orta hesabla gündəlik 62 min ton (458 min barrel), kondensat hasilatı 13.7 min ton (112 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75.7 min ton (570 min barrel) olub.
Hesabat dövründə neftin emalı 4,6 milyon ton təşkil edib.
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 38,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,9 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
9 ay ərzində xaricə qaz ixracı 18,3 milyard kubmetr təşkil edib. Bunun 9,4 milyard kubmetri Avropanın, 7,3 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 oktyabr 2025-ci il tarixinədək 665,1 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 497,7 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 613,6 milyon ton neft, 240 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 51,5 milyon tona yaxın kondensat, 257,7 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 663 milyon ton neft, 185,7 milyard kubmetr qaz ixraca nəql edilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 13 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















