ABŞ–Çin gərginliyi və FED-in faiz endirimi gözləntiləri qızıl qiymətlərini artırır - YENİ REKORD
Qızılın bahalaşması dayanmır, yenidən rekordlar qırır.Qlobal birjalarda qızılın qiyməti, ABŞ ilə Çin arasında artan gərginlik və ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) ilin sonunadək iki dəfə faiz endiriminə gedəcəyi barədə bazar gözləntiləri fonunda tarixi səviyyəyə yüksəlib.
Marja xəbər verir ki, bazar məlumatlarına görə, qızılın bir unsiyasının qiyməti 4193,78 ABŞ dollarına çataraq yeni tarixi rekord müəyyən edib.
Gümüşdə də rekord qeydə alınıb
Gümüş bazarında da mühüm hadisələr yaşanıb. Gümüşün qiyməti bir unsiya üçün 53,54 dolları keçərək bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb.
ABŞ xəzinə istiqrazlarının gəlirliliyi, Fed rəhbəri Cerom Pauellin yaxın günlərdə daha bir 25 bəndlik faiz endiriminə gediləcəyinə dair siqnal verməsindən sonra son həftələrin ən aşağı səviyyəsinə enib.
Bazar iştirakçıları bu qərarın pul siyasətində yumşalma dalğasının davamı olacağını hesab edirlər ki, bu da qızılın “təhlükəsiz liman” statusunu daha da möhkəmləndirib.
ABŞ–Çin ticarət gərginliyi riskdən qaçışı artırır
ABŞ Prezidenti Donald Trampın Çinlə yemlik yağ ticarətini dayandıra biləcəyi barədə açıqlaması, maliyyə bazarlarında riskdən qaçma meyillərini gücləndirib. Bu isə öz növbəsində qızıla olan tələbi artıraraq qiymətlərin daha da bahalaşmasına səbəb olub.
Trampın bəyanatları dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətləri daha da gərginləşdirib. Pekin Vaşinqtonun ötən həftə Çindən idxala əlavə 100%-lik gömrük rüsumu tətbiq etmək hədəsinə cavab olaraq tədbirlərə hazırlaşdığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























