Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi
(®) 11 oktyabr tarixində qlobal ödəniş texnologiyaları liderlərindən biri olan Mastercard, unikal və unudulmaz anlar təqdim edən “Priceless” təcrübəsi çərçivəsində növbəti tədbirini Azərbaycanda həyata keçirdi.
Priceless hər zaman olduğu kimi, dəyərli və önəmli tədbirlər həyata keçirir: insanları birləşdirmək, ilhamlandırmaq və unudulmaz anlar bəxş etmək əsas məqsəddir.
Bu dəfə proqram çərçivəsində qonaqlar Azərbaycanın ən qədim və tanınmış şərab istehsalçılarından biri olan Göygöl Şərab Zavodunda unikal təcrübə yaşadılar. Onlar Göygölün zəngin tarixi irsi ilə tanış olaraq, zavodun qədim şərab zirzəmilərini gəzib, 1860-cı ildən bu günədək qorunan ənənəvi istehsal prosesini yaxından izlədilər.
Tur zamanı iştirakçılar 13 üzüm sortunun becərildiyi 518 hektarlıq bağlara baş çəkərək, zavodun mütəxəssislərindən məhsullar haqqında ətraflı məlumat aldılar. Axşam proqramı isə üzüm bağlarının mənzərəsi fonunda canlı musiqi və xüsusi bəzədilmiş açıq hava məkanında təşkil olunmuş şam yeməyi ilə davam etdi. Qonaqlar Göygölün təbiətindən, brendin məhsullarının dequstasiyasından və “Priceless” ab-havasından zövq aldılar.
Bu əməkdaşlıq Mastercard və Göygöl Şərab Zavodunun birgə şəkildə Azərbaycanın mədəni irsinin, sənətkarlığın və paylaşılmış təcrübələrin dəyərinin önə çıxarılmasının bariz nümunəsi idi.
Qeyd edək ki, bu il Göygöl Şərab Zavodu öz 165 illik fəaliyyət yubileyini qeyd edir — bu isə onun Azərbaycan şərabçılıq tarixindəki dərin köklərini və davamlı inkişafını bir daha təsdiqləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















