"Quşçuluq müəssisələri nə köhnə damları yeniləri ilə əvəz edə, nə müasir texnologiyaları tətbiq edə bilirlər"
"Yeni binaların tikilməsinə imkan verilməməsi ölkənin quşçuluq məhsulları ilə təminatına böyük təhdid formalaşdırır"
Marja xəbər verir ki, bunu "Giləzi Quşçuluq" müəssisəsinin rəhbəri Zahir Mirzəyev bildirib.
Onun sözlərinə görə, quşçuluq müəssisələri sürüləri bir-birindən karantin tədbirlərinin həyata keçirilməsi üçün zəruri olan məsafədə aralı saxlamaq imkanından məhrumdurlar – çünki bunun üçün zəruri olan yeni damların tikintisinə torpaq tapa bilmirlər"
"Mövcud qanunvericiliyin tələbləri əsasında kənd təsərrüfatı təyinatlı torpaqların təyinatını dəyişmək 2 ildən yuxarı vaxt aparır: bütün əlaqədar dövlət qurumlarından icazə alındıqdan sonra Nazirlər Kabinetinə müraciət olunur, son qərar verilir. Bu, çox uzun bir prosedur olduğuna görə quşçuluq müəssisələri nə köhnə damları yeniləri ilə əvəz edə, nə müasir texnologiyaları tətbiq edə bilirlər. Nəticədə biz istehsal üçün zəruri olan bioloji fasiləni təmin edə bilmirik.
Quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərdən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir binada bir mövsüm quş saxlandıqdan sonra bina tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir. Təsərrüfatlara davamlı olaraq yetişdirmək üçün bir günlük cücə qəbul edilir. Beləliklə də eyni təsərrüfatda müxtəlif yaşda bir neçə sürü olur: 1 günlükdən tutmuş 700-750 günlüyə qədər. Amma standartlara və dünyada mövcud olan vaksin təlimatlarına görə, müxtəlif yaşlı sürülər eyni yerdə saxlanmamalıdır. Çünki hər bir yaşda olan sürünün özünün fərqli vaksin proqramı var. Bu vaksin proqramına əməl edilmədikdə aparılan vaksinasiyası istənilən nəticəni vermir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























