"FHN-in qərarı dəyişməsə, təsərrüfatımız məhv olacaq, insanlar işsiz qalacaq”
"Yaşma Quşçuluq" şirkətinin Xızı rayonu ərazisində inşa etdiyi istehsal binasının istismara verilməsinə maneələr yaradılır.
Marja xəbər verir ki, bunu "Yaşma Quşçuluq" müəssisəsinin rəhbəri Mahir Mirzəyev bildirib.
Onun sözlərinə görə, bina Xızı rayon İcra Hakimiyyətinin sərəncamı ilə ayrılan ərazidə inşa olunsa da, rayonun hazırkı rəhbərliyi, həmçinin FHN yerli şöbəsi onun istismara verilməsinin qarşısını alırlar. FHN binadakı son tamamlama işlərinin aparılmasına qadağa qoyub:
"Biz o binanı özbaşına deyil, Xızı rayon İcra Hakimiyyətinin 21 dekabr 2011-ci il 139 nömrəli sərəncamına əsasən aparmışıq. Dövlət orqanının verdiyi sərəncama güvənərək bu əraziyə külli miqdarda vəsait yatırıb, infrastruktur qurub, istehsal prosesi yaratmışıq. Bu istehsal prosesi ölkəmizin ərzaq təminatında mühüm yerə sahibdir. Təsərrüfatda 180 nəfər insan işləyir. FHN-in qərarı dəyişməsə, təsərrüfatımız məhv olacaq, həmin insanlar isə işsiz qalacaq”.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli də Fövqəladə Hallar Nazirliyinin tikintisi başa çatmış istehsal binalarının istismara qəbulu üçün verdiyi müayinə aktına görə tələb olunan xidmət haqqı məbləğinin çox yüksək olduğunu, sahibkarlar üçün ağır maliyyə yükü yaratdığını bildirib. Onun sözlərinə görə, tələb olunan məbləği ödəyə bilməyən sahibkarların müəssisələrində istehsal prosesi pozulur, inkişaf proqramlarının icrası ləngiyir, bu isə son nəticədə ölkə üzrə quşçuluğun inkişafına mane olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























